Mübtəda və xəbərin hazfi

وَ قَدْ يُحْذَفُ الْمُبْتَدَأُ لِقِيَامِ قَرِينَةٍ جَوَازًا كَقَوْلِ الْمُسْتَهِلِّ؛ اَلْهِلاَلُ وَاللهِ. وَ الْخَبَرُ جَوَازًا، مِثْلُ خَرَجْتُ فَإِذَا السَّبْعُ. وَ وُجُوبًا فِيمَا الْتُزِمَ فِي مَوْضِعِهِ غَيْرُهُ، مِثْلُ لَوْلاَ زَيْدٌ لَكَانَ كَذَا وَ ضَرْبِي زَيْدًا قَائِمًا وَ كُلُّ رَجُلٍ وَضَعْتُهُ وَ لَعَمْرُكَ لَاَفَعَلَنَّ كَذَا

وَ قَدْ يُحْذَفُ bəzən hazf edilir, الْمُبْتَدَأُ mübtəda, لِقِيَامِ قَرِينَةٍ bir karinə mövcud olduqda, جَوَازًا caiz olaraq, كَ kimi, قَوْلِ الْمُسْتَهِلِّ ayı gözləyən adamın sözü kimi, اَلْهِلاَلُ وَاللهِ “Allaha and olsun ki (budur) hilal” ifadəsində olduğu kimi. وَ الْخَبَرُ Jövazən xəbər də hazf edilə bilər, مِثْلُ misal; خَرَجْتُ فَإِذَا السَّبْعُ “çıxdım və birdən qarşıma aslan çıxdı” kimi, وَ وُجُوبًا və xəbər vacib olaraq da hazf edilir, فِيمَا o şeydə ki, اُلْتُزِمَ öhdəlik götürülüb, فِي مَوْضِعِهِ onun, yəni xəbərin yerində, غَيْرُهُ xəbərdən başqası, مِثْلُ misal; لَوْلاَ زَيْدٌ لَكَانَ كَذَا “Zeyd olmasaydı belə olardı” ifadəsində “lekane keza” hissəsi “levla”nın cavabı olub xəbərin yerinə keçmişdir və xəbər hazf edilmişdir. İfadənin təqdiri لَوْلاَ زَيْدٌ مَوْجُودٌ لَكَانَ كَذَا şəklindədir. وَ və, ضَرْبِي زَيْدًا قَائِمًا “Mənim döyməyim Zeyd ayaq üstə ikən” ifadəsində “darbi” sözü məstərdir və fail olan mütəkəllim ya'sına izafə olunan bir mübtədadır. “Zeydən” sözü isə mübtəda olan “darb” məstərinin məf'ulun bih sarihidir. “Kaimen” sözü isə fail və ya məf'uldan hal olub xəbərin yerinə keçmişdir və xəbər hazf edilmişdir. İfadənin təqdiri ضَرْبِي زَيْدًا مَوْجُودٌ قَائِمًا şəklindədir. “Kaimen” sözü mübtədanın xəbəri ola bilməz, çünki məstər olan “darb” sözü bir əməl olduğu üçün “Kaimen” sözündən “ayaqda olmaq” əməli hasil olmur. وَ və, كُلُّ رَجُلٍ وَ ضَيْعْتُهُ “Bütün kişilər qoyduqları ilə birlikdədir” ifadəsində “Kullu raculin” sözü mübtədadır və “Ve day'atuhu” sözündəki vav hərfi “birlikdə olmaq” mənasında olduğu üçün “Day'atuhu” sözü hazf olunan xəbərə atf edilib xəbərin hazf edilməsinə səbəb olmuşdur. İfadənin təqdiri; كُلُّ رَجُلٍ مَقْرُونٌ وَ ضَيْعَتُهُ şəklindədir. وَ və, لَعَمْرُكَ لَاَفَعَلَنَّ كَذَا “Sənin ömrünə and olsun ki, mütləq bunu edəcəyəm” ifadəsində “Le'amruke” sözü mübtədadır və xəbəri isə hazf olunan قَسَمِي “andım” sözüdür. Kasəmə “and” cavabı olaraq gələn “Leef'alenne” hazf olunan xəbərə işarə edir.

Mətnin Ümumi Mənası:

*Mübtəda bəzən karinə olduqda caiz olaraq hazf edilir;

اَلْهِلاَلُ وَاللهِ

“Allaha and olsun ki (bax) hilal” ifadəsində olduğu kimi. Bu ifadədə mübtəda olan və hazf olunan söz هَذَا “bu” sözüdür.

*Bəzən də xəbər caizən hazf olunur;

خَرَجْتُ فَإِذَا السَّبْعُ

“Çıxdım və birdən qarşıma aslan çıxdı” ifadəsində olduğu kimi. İfadənin təqdiri;

خَرَجْتُ فَإِذَا السَّبْعُ وَاقِفٌ

Bu şəkildə olub, xəbər olan وَاقِفٌ sözü hazf olunub.

*Bəzən də xəbərin yerində xəbərdən başqa bir söz dayanarsa, o halda xəbər mütləq hazf olunur;

لَوْلاَ زَيْدٌ لَكَانَ كَذَا

“Zeyd olmasaydı mütləq belə olardı” ifadəsində olduğu kimi. İfadənin təqdiri

لَوْلاَ زَيْدٌ مَوْجُودٌ لَكَانَ كَذَا

bu şəkildədir.

ضَرْبِي زَيْدًا قَائِمًا

“Mənim döyməyim Zeyd ayaqda olanda” ifadəsində olduğu kimi. İfadənin təqdiri

ضَرْبِي زَيْدًا مَوْجُودٌ قَائِمًا

bu şəkildədir.

كُلُّ رَجُلٍ وَ ضَيْعْتُهُ

“Bütün kişilər qoyduqları ilə - ortaya qoyduqları ilə - birlikdədir” ifadəsində olduğu kimi. İfadənin təqdiri;

كُلُّ رَجُلٍ مَقْرُونٌ وَ ضَيْعَتُهُ

bu şəkildədir.

لَعَمْرُكَ لَاَفَعَلَنَّ كَذَا

“Sənin ömrünə and olsun ki, mütləq belə edəcəyəm” ifadəsində olduğu kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mübtəda və xəbərin hazfi
🎓
Xoş gəldiniz! Sual soruşun!