Mübtəda və xəbər
وَ مِنْهَا الْمُبْتَدَأُ وَ الْخَبَرُ، فَالْمُبْتَدَأُ؛ هُوَ الْإِسْمُ الْمُجَرَّجُ عَنِ الْعَوَامِلِ اللَّفْظِيَّةِ مُسْنَدًا إِلَيْهِ أَوِ الصِّفَةُ الْوَاقِعَةُ بَعْدَ حَرْفِ النَّفْيِ وَ أَلِفِ الْإِسْتِفْهَامِ رَافِعَةً لِظَاهِرٍ، مِثْلُ زَيْدٌ قَائِمٌ وَ مَا قَائِمٌ الزَّيْدَانِ وَ أَ قَائِمٌ الزَّيْدَان. فَإِنْ طَابَقَتْ مُفْرَدًا جَازَ الْأَمْرَانِ.
وَ مِنْهَا və onlardandır, yəni merfuatlardandır, الْمُبْتَدَأُ وَ الْخَبَرُ mübtəda və xəbər, فَالْمُبْتَدَأُ mübtədaya gəlincə; هُوَ الْإِسْمُ الْمُجَرَّجُ mübtəda mücərrəd bir isimdir, عَنِ الْعَوَامِلِ اللَّفْظِيَّةِ ləfzi amillərdən, مُسْنَدًا إِلَيْهِ ona isnad olunmuş halda, أَوِ الصِّفَةُ və ya sifət olduğu halda, الْوَاقِعَةُ بَعْدَ حَرْفِ النَّفْيِ inkar hərfindən sonra baş verən, وَ أَلِفِ الْإِسْتِفْهَامِ və sual əlifi, رَافِعَةً لِظَاهِرٍ zahir ismi ref edən halda, مِثْلُ misal; زَيْدٌ قَائِمٌ “Zeyd ayaqdadır” وَ مَا قَائِمٌ الزَّيْدَانِ və “İki Zeyd ayaqda deyil” وَ أَ قَائِمٌ الزَّيْدَان və “İki Zeyd ayaqdadırmı?” tərkiblərində olduğu kimi, فَإِنْ əgər, طَابَقَتْ sifət olan mübtəda uyğun olarsa, مُفْرَدًا ondan sonrakı müfrəd ismə, جَازَ الْأَمْرَانِ iki hal caizdir, bu iki haldan məqsəd مَا زَيْدٌ قَائِمٌ və مَا قَائِمٌ زَيْدٌ deməkdir.
وَ الْخَبْرُ؛ هُوَ الْمُجَرَّدُ الْمُسْنَدُ بِهِ الْمُغَايِرُ لِلصِّفَةِ الْمَذْكُورَةِ وَ أَصْلُ الْمُبْتَدَإِ التَّقْدِيمِ وَ مِنْ ثَمَّه جَازَ فِي دَارِهِ زَيْدٌ، وَ امْتَنَعَ صَاحِبُهَا فِي الدَّارِ، وَ قَدْ يَكُونُ الْمُبْتَدَأُ نَكِرَةً إِذَا تَخَصَّصَتْ بِوَجْهٍ مَا مِثْلُ وَ لَعْبْدٌ مُؤْمِنٌ خَبَرٌ مِنْ مُشْرِكٍ وَ أَ رَجُلٌ فِي الدَّارِ أَمِ امْرَأَةٌ، وَ مَا أَحَدٌ خَيْرٌ مِنْكَ وَ شَرٌّ أَهَرَّ ذَانَابٍ وَ فِي الدَّارِ رَجُلٌ وَ سَلاَمٌ عَلَيْكَ. وَ الْخَبَرُ قَدْ يَكُونُ جُمْلَةً، مِثْلُ زَيْدٌ أَبُوهُ قَائِمٌ وَ زَيْدٌ قَامَ أَبُوهُ. فَلاَ بُدَّ مِنْ عَائِدٍ وَ قَدْ يُحْذَفُ وَ مَا وَقَعَ ظَرْفًا، فَالْأَكْثَرُ أَنَّهُ مُقَدَّرٌ بِجُمْلَةٍ
وَ الْخَبْرُ və xəbər; هُوَ o xəbər ki, الْمُجَرَّدُ mücərrəd olandır, الْمُسْنَدُ بِهِ isnad olunandır, yəni müsneddir, الْمُغَايِرُ müxalifdir, yəni əksdir, لِلصِّفَةِ الْمَذْكُورَةِ mübtədanın sifətində keçən sifət ifadəsinə, وَ أَصْلُ الْمُبْتَدَإِ التَّقْدِيمِ və mübtəda əsas olan və qabaqda gələndir, وَ مِنْ ثَمَّه buna görə də, جَازَ caiz olmuşdur, فِي دَارِهِ زَيْدٌ “Zeyd evindədir” tərkibi, وَ امْتَنَعَ və caiz deyil, qadağan olunmuşdur, صَاحِبُهَا فِي الدَّارِ “Sahibi evdədir” tərkibi, وَ قَدْ يَكُونُ الْمُبْتَدَأُ نَكِرَةً mübtəda bəzən nekirə ola bilər, إِذَا تَخَصَّصَتْ təxsis olunduqda, بِوَجْهٍ مَا hər hansı bir səbəblə, مِثْلُ misal; وَ لَعْبْدٌ مُؤْمِنٌ خَبَرٌ مِنْ مُشْرِكٍ “Mömin qul əlbəttə müşrikdən daha xeyirlidir” tərkibi, وَ أَ رَجُلٌ فِي الدَّارِ أَمِ امْرَأَةٌ və “Evde qadın mı yoxsa kişi mi var” tərkibi, وَ مَا أَحَدٌ خَيْرٌ مِنْكَ və “Səndən daha xeyirli heç kim yoxdur” tərkibi, وَ شَرٌّ أَهَرَّ ذَانَابٍ və “Köpeyi pislik hırlatdı” tərkibi, وَ فِي الدَّارِ رَجُلٌ və “Evde adam var” tərkibi, وَ سَلاَمٌ عَلَيْكَ və “Salam üzərinə olsun” tərkibi وَ الْخَبَرُ və xəbər, قَدْ يَكُونُ جُمْلَةً bəzən cümlə olur, مِثْلُ misal; زَيْدٌ أَبُوهُ قَائِمٌ “Zeyd, atası ayaqda olandır” وَ زَيْدٌ قَامَ أَبُوهُ və “Zeydin atası ayağa qalxdı” kimi. فَلاَ بُدَّ bu halda qaçılmazdır, مِنْ عَائِدٍ bir aid zamirindən, وَ قَدْ يُحْذَفُ bəzən silinir, وَ مَا وَقَعَ ظَرْفًا zərf olaraq baş verdiyi zaman, فَالْأَكْثَرُ əksəriyyətə görə, أَنَّهُ onun yəni zərf olaraq gələn xəbərin, مُقَدَّرٌ təxmin edilir, بِجُمْلَةٍ cümlə ilə
Mətnin Ümumi Mənası: Mübtəda və xəbər merfuatlardandır. Mübtəda, ona bir şey (xəbər) isnad olunmuş halda ləfzi amillərdən mücərrəd olan isimdir. Və ya mübtəda, zahir ismi ref edən halda inkar hərflərindən və istifham əlifindən sonra gələn sifətdir.
Sonra vaki olan, özündə sifət mənası olan sözlərdir. Yəni sifət olan mübtəda digər mübtədalar kimi müsnedün ileyh (özünə bir şey isnad olunan) deyil, müsned (özünə isnad olunan) olur və ondan sonra müsned bir xəbər olmayıb, bir faili qaldırır və fail xəbər yerinə kaim olur. Misallar: زَيْدٌ قَائِمٌ Zeyd ayaqdadır مَا قَائِمٌ الزَّيْدَانِ İki Zeyd ayaqda deyil أَ قَائِمٌ الزَّيْدَان İki Zeyd ayaqdadırmı? Bu tərkiblərdəki زَيْدٌ və مَا قَائِمٌ və أَ قَائِمٌ sözləri kimi. Son iki söz olan مَا قَائِمٌ və أَ قَائِمٌ ikinci qism olan mübtədanın misalidir. Əgər sifət olan mübtəda özündən sonra gələn məzkur müfrəd bir ismə uyğun olarsa, iki iş də caizdir. Bu iki işdən məqsəd مَا زَيْدٌ قَائِمٌ və مَا قَائِمٌ زَيْدٌ sözlərində sifəti mübtəda, faili də xəbər etmək caizdir. Və ya sifəti qabağa çəkib mukaddəm xəbər, faili sona çəkib muəxhar mübtəda etmək caizdir. Xəbərə gəldikdə; Mübtəda kimi söz amillərindən təcrid olunmuş olub, özü isə isnadın (tərkib-i isnadi) qurulduğu mübtədanın tərifində keçən sifətə zidd olan sözdür. Mübtəda əsas olan təqdimdir, yəni əsaləti xəbərin önünə keçməsidir. Bu səbəbdən فِي دَارِهِ زَيْدٌ "Zeyd evindədir" tərkibi caiz olduğu kimi; صَاحِبُهَا فِي الدَّارِ "Sahibi evdədir" kimi bir tərkib də caiz deyil. Mübtəda bəzən hər hansı bir şəkildə təxsis edildikdə nekirə olaraq gəlir, misallar: لَعْبْدٌ مُؤْمِنٌ خَبَرٌ مِنْ مُشْرِكٍ Mömin qul əlbəttə müşrik olandan daha xeyirlidir أَ رَجُلٌ فِي الدَّارِ أَمِ امْرَأَةٌ Evde qadın mı yoxsa kişi mi var مَا أَحَدٌ خَيْرٌ مِنْكَ Səndən daha xeyirli heç kim yoxdur شَرٌّ أَهَرَّ ذَانَابٍ İtə pislik hırlatdı فِي الدَّارِ رَجُلٌ Evde adam var سَلاَمٌ عَلَيْكَ Salam üzərinə olsun * Xəbər bəzən cümlə olur, misalları: زَيْدٌ أَبُوهُ قَائِمٌ Zeyd, atası ayaqda olandır زَيْدٌ قَامَ أَبُوهُ Zeydin atası ayağa qalxdı Xəbər olaraq vaki olan cümləni mübtədaya bağlayan bir aid olmadan keçmək olmaz. Bəzən o aid söz, ifadədə aidin hazfına dəlalət edən bir şeyin olması səbəbindən hazf olunur. Zərf olaraq vaki olan xəbər isə alimlərin çoxunun fikrinə görə cümlə ilə təqdir edilir.