Tülkü və Davul

اَلثَّعْلَبُ وَ الطَّبْلُ

Tülkü və Davul

وَ هُوَ مَثَلُ مَنْ يَسْتَكْبِرُ الشَّيْْئَ حَتَّى يُجَرِّبَهُ فَيَسْتَصْغِرُهُ

Bu hekayə bir şeyi böyük görüb, sonda onu sınayıb kiçik hesab edən adamın məsəli kimi göstərilir:

زَعَمُوا أَنَّ ثَعْلَبًا أَتَى أَجَمَّةً فِيهَا طَبْلٌ مُعَلَّقٌ عَلَى شَجَرَةٍ

Rəvayət edirlər ki, bir tülkü bir davulun ağaca asıldığı bir meşəyə (kolluğa) gəlib

وَ كُلَّمَا هَبَّتِ الرِّيحُ عَلَى قُضْبَانِ الشَّجَرَةِ حَرَّكَتْهَا فَضَرَبَتِ الطَّبْلَ فَسُمِعَ لَهُ صَوْتٌ عَظِيمٌ

Hər dəfə külək ağacın budaqlarına əsəndə, budaqlar tərpənib davula dəyib və davuldan böyük bir səs eşidilib

فَتَوَجَّهَ الثَّعْلَبُ نَحْوَهُ لِمَا سَمِعَ مِنْ عِظَمٍ صَوْتِهِ

Bundan sonra tülkü də eşitdiyi uca səsə görə ora tərəf gedib

فَلَمَّا وَصَلَ إِلَيْهِ وَجَدَهُ ضَخْمًا فَأَيْقَنَ فِي نَفْسِهِ بِكَثْرَةِ الشَّحْمِ وَ اللَّحْمِ فَعَالَجَهُ حَتَّى شَقَّهُ

Ora çatanda onun böyük bir şey olduğunu görüb, içində çox piy və ətin olduğuna inanıb və davulla məşğul olub, nəhayət onu yarıb

فَلَمَّا رَآهُ أَجْوَفَ لاَ شَيْئَ فِيهِ

Onun içinin boş və heç bir şey olmadığını görəndə

فَقَالَ؛ لاَ أَدْرِي لَعَلَّ أَفْشَلَ الْأَشْيَاءِ أَجْهَرُهَا صَوْتًا وَ أَعْظَمُهَا جُثَّةً

Dedi: Bilmirəm, bəlkə də əşyaların ən yararsızı səsi ən gur, cüssəsi ən böyük olanıdır

اَلْكَلِمَاتُ

Sözlər

أَجَمَّةٌ kolluq
أَجْوَفُ içi boş
أَعْظَمُ ən böyük
شَيْئٌ ج أَشْيَاءٌ şey
بِكَثْرَةٍ çoxluğu
اَلثَّعْلَبُ tülkü
حَرَّكَتْ tərpətdi
اَلرِّيحُ külək
سَمِعَ eşitdi
اَلشَّجَرَةُ ağac
شَقَّ yardı
صَوْتٌ səs
ضَحْمٌ iri
عَالَجَ uğraşdı
عَظِيمٌ böyük
قُضْبَانٌ budaqlar
اَللَّحْمُ ət
مَثَلٌ ج أَمْثَالٌ məsəl
أَتَى gəldi
أَجْهَرُ ən gur
لاَ أَدْرِي bilmirəm
أَفْشَلَ ən uğursuz
إِلَيْهِ ona tərəf
أَيْقَنَ inandı
تَوَجَّهَ yönəldi
جُثَّةٌ cüssə
رَأَى gördü
زَعَمُوا iddia etdilər
سُمِعَ eşidildi
اَلشَّحْمُ piy
ضَرَبَتْ vurub
اَلطَّبْلُ davul
عِظَمٌ böyüklük
عَلَى üzərində
كُلَّمَا hər dəfə
لَعَلَّ bəlkə
لَهُ ona
نَحْوَهُ ona tərəf
هَبَّتْ əsti
وَصَلَ çatdı
مُعَلَّقٌ asılı
نَفْسُهُ özü
وَجَدَهُ onu tapdı
أَنْ يُجَرِّبَهُ onu sınaması
يَسْتَصْغِرُ kiçik sayır
يَسْتَكْبِرُ böyük sayır
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Hekayələr › Tülkü və Davul
🎓
Xoş gəldiniz! Sual soruşun!