Tənazü və uyğunsuzluq

وَ إِذَا تَنَازَعَ الْفِعْلاَنِ ظَاهِرًا بَعْدَهُمَا فَقَدْ يَكُونُ فِي الْفَاعِلِيَّةِ، مِثْلُ؛ ضَرَبَنِي وَ أَكْرَمَنِي زَيْدٌ. وَ فِي الْمَفْعُولِيَّةِ، مِثْلُ؛ ضَرَبْتُ وَ أَكْرَمْتُ زَيْدًا. وَ فِي الْفَاعِلِيَّةِ وَ الْمَفْعُولِيَّةِ مُخْتَلِفَيْنِ فَيَخْتَارُ الْبَصْرِيُّونَ إِعْمَالَ الثَّانِي وَ الْكُوفِيُّونَ الْأَوَّلَ. فَإِنْ أَعْمَلْتَ الثَّانِيَ أَضْمَرْتَ الْفَاعِلَ فِي الْأَوَّلِ عَلَى وَفْقِ الظَّاهِرِ دُونَ الْحَذْفِ خِلاَفًا لِلْكِسَائِيِّ وَ جَازَ خِلاَفًا لِلْفَرَّاءِ. وَ حَذَفْتَ الْمَفْعُولَ إِنِ سْتُغْنِيَ عَنْهُ وَ إِلاَّ أَظْهَرْتَ، وَ إِنْ أَعْمَلْتَ الْأَوَّلَ أَضْمَرْتَ الْفَاعِلَ فِي الثَّانِي وَ الْمَفْعُولَ عَلَى الْمُخْتَارِ إِلاَّ أَنْ يَمْنَعَ مَانِعٌ فَتُظْهِرُ وَ قَوْلُ أَمْرِئِ الْقَيْسِ؛ كَفَانِي وَ لَمْ أَطْلُبْ قَلِيلًا مِنَ الْمَالِ لَيْسَ مِنْهُ لِفَسَادِ الْمَعْنَى

وَ إِذَا hər nə zaman ki, تَنَازَعَ tenazü, yəni bir-biri ilə ziddiyyət, çəkişmə, uyğunsuzluq, الْفِعْلاَنِ iki feil, ظَاهِرًا bir isimdə zahir olaraq, بَعْدَهُمَا o iki feildən sonra, فَقَدْ beləliklə, يَكُونُ olur, فِي الْفَاعِلِيَّةِ faillikdə olur, مِثْلُ kimi, ضَرَبَنِي وَ أَكْرَمَنِي زَيْدٌ Zeyd məni döydü və mənə ikram etdi, وَ فِي الْمَفْعُولِيَّةِ və mefulluqda olur, مِثْلُ kimi, ضَرَبْتُ وَ أَكْرَمْتُ زَيْدًا Zeydi döydüm və ikram etdim. وَ فِي الْفَاعِلِيَّةِ وَ الْمَفْعُولِيَّة həm faillikdə, həm mefulluqda olur, مُخْتَلِفَيْنِ ikisi də fərqli olduğu halda, فَيَخْتَارُ الْبَصْرِيُّونَ Basralı alimlər ikinci feili əməl etdirməyi seçirlər, إِعْمَالَ الثَّانِي ikinci feili əməl etdirmək, وَ الْكُوفِيُّونَ الْأَوَّلَ Kufəlilər isə birinci feili. فَإِنْ أَعْمَلْتَ الثَّانِيَ Əgər sən ikinci feili əməl etdirdin, أَضْمَرْتَ zamir olaraq gətirirsən, الْفَاعِلَ faili, فِي الْأَوَّلِ birinci feildə, عَلَى وَفْقِ الظَّاهِرِ tenazü olan zahir isim üzərində, دُونَ الْحَذْفِ hazf etmədən, خِلاَفًا لِلْكِسَائِيِّ alim Kisaiyə zidd olaraq, وَ جَازَ خِلاَفًا لِلْفَرَّاءِ və alim Ferra kimi birinci feil fail istədikdə ikinciyə əməl etdirmək caizdir, وَ حَذَفْتَ الْمَفْعُولَ Basralılara tabe olub ikinci feili əməl etdirdikdə mefulu hazf edirsən, إِنِ سْتُغْنِيَ ehtiyac olmursa, عَنْهُ mefuldan, وَ إِلاَّ أَظْهَرْتَ ehtiyac varsa mefulu izhar edirsən, وَ إِنْ أَعْمَلْتَ الْأَوَّلَ Kufəlilər kimi birinci feili əməl etdirdikdə, أَضْمَرْتَ الْفَاعِلَ faili zamir kimi gətirirsən, فِي الثَّانِي ikinci feildə, وَ الْمَفْعُولَ və mefulu, عَلَى الْمُخْتَارِ seçilən görüşə görə, إِلاَّ أَنْ يَمْنَعَ مَانِعٌ əgər bir maneə olarsa, فَتُظْهِرُ zahir edirsən, وَ قَوْلُ أَمْرِئِ الْقَيْسِ şair Əmrül-Qeys'in sözündə olduğu kimi; كَفَانِي mənə yetər, وَ لَمْ أَطْلُبْ istəmədim, قَلِيلًا az, مِنَ الْمَالِ maldan, لَيْسَ deyil, مِنْهُ ondan, yəni tenazudan, لِفَسَادِ الْمَعْنَى mənanın pozulması üçün.

Mətnin Ümumi Mənası: Hər nə zaman ki, iki feil özlərindən sonra gələn zahir isimdə mənaca tenazüya düşürlərsə, bu tenazü bəzən faillikdə olur, yəni hər iki feil o faili istəyir, misal:

ضَرَبَنِي وَ أَكْرَمَنِي زَيْدٌ

"Zeyd məni döydü və ikram etdi" ifadəsində olduğu kimi. Bəzən də iki feilin tenazüsü mefulluqda ortaya çıxır, yəni hər iki feil o mefulu özünə almaq istəyir, misal:

ضَرَبْتُ وَ أَكْرَمْتُ زَيْدًا

"Zeydi döydüm və ikram etdim" ifadəsində olduğu kimi. Bəzən də fərqli olduqları halda iki feilin tenazüsü, yəni çəkişməsi faillik və mefulluqda olur, yəni iki feildən biri faili, digəri mefulu istəyir, misal:

ضَرَبَنِي وَ أَكْرَمُتُ زَيْدًا

"Məni döydü və Zeydə ikram etdim" ifadəsində olduğu kimi. Burada "darabe" feili Zeyd sözünü fail kimi, "ekrame" feili isə Zeyd sözünü meful kimi istəyir.

Basralı alimlər ikinci feli əməl etdirməyi üstün tuturlar. Kufəli alimlər isə birinci feli əməl etdirməyi üstün tuturlar. Əgər Basralıları qəbul edib ikinci feli əməl etdirirsənsə, faili hazf etmədən birinci felə özündə tənaquz olan zahir ismə uyğun zamir gətirirsən, misal;

ضَرَبَانِي وَ أَكْرَمَنِي الزَّيْدَانِ

"İki Zeyd məni döydü və mənə ikram etdi" ifadəsində olduğu kimi.

Basralı olmasına baxmayaraq Kisai adlı alim failin hazf olunması məsələsində ixtilaf etmişdir. Kisai ضَرَبَانِي وَ أَكْرَمَنِي الزَّيْدَانِ ifadəsini ضَرَبَنِي وَ أَكْرَمَنِي الزَّيْدَانِ kimi oxuyub zamir olaraq gələn faili hazf etmişdir.

Birinci fel fail tələb etdikdə ikinci felə əməl etdirmək caizdir. Bu fikrə Ferra adlı alim ixtilaf etmiş, yəni qəbul etməmişdir. Basralıların fikrinə görə ikinci felə əməl verirsənsə, mef'uldan ehtiyacsız qalınarsa mef'ulu hazf edirsən, ضَرَبْتُ وَ ضَرَبَهُ زَيْدٌ kimi. Amma mef'uldan ehtiyacsız qalınmazsa, o mef'ulu zahirən geri gətiririk,

حَسِبْتَنِي مُنْطَلِقًا وَ حَسِبْتُ زَيْدًا مُنْطَلِقًا

"Sən məni gedir hesab etdin, mən də Zeydi gedir hesab etdim" ifadəsində olduğu kimi. Birinci feli Kufəlilərə görə əməl etdirirsənsə, ikinci felə faili zamir olaraq gətirirsən,

ضَرَبَنِي وَ أَكْرَمَنِي زَيْدٌ

"Zeyd məni döydü və mənə ikram etdi". Bunlardan sonra ümumi fikrə görə mef'ulu zamir olaraq gətirə bilərsən,

ضَرَبَنِي وَ أَكْرَمْتُهُ زَيْدٌ

"Zeyd məni döydü və mən də ona ikram etdim"

Amma bir maneə olduğu zaman mef'ulu zamir olaraq gətirmirsən. İsmi zahir olaraq gətirirsən,

حَسِبَنِي وَ حَسِبْتُهُمَا مُنْطَلِقَيْنِ الزَّيْدَانِ مُنْطَلِقًا

"İki Zeyd məni gedir hesab etdi və mən də onları gedir hesab etdim" kimi.

Ərəb şairi İmr-ul Kays şeirində belə demişdir;

وَ لَوْ أَنَّ مَا أَسْعَى لِأَدْنَى مَعِيشَةٍ، كَفَانِي لَمْ أَطْلُبْ قَلِيلٌ مِنَ الْمَالِ

"Əgər mən az bir yaşayış üçün çalışsaydım, maldan az olanı mənə kifayət edərdi, amma az malı istəmirəm – şərəfi istəyirəm –" və ya "Mən az malı istəmirəm, mənə kifayət etməz, üstəlik şərəfi istədiyim halda" şeirdə tənaquz olarsa məna pozulacağı üçün tənaquz edilməmişdir.

Şeirin təfsiri: Şeiri oxuyanda كَفَانِي "mənə kifayət etdi" və لَمْ أَطْلُب "istəmədim" ifadələri قَلِيلٌ ismi üzərində birinci ifadə كَفَانِي onu fail kimi götürmək, ikinci ifadə لَمْ أَطْلُب isə onu mef'ul kimi götürmək istəyir. Bu halda sanki tənaquz yaranır. Nəticədə قَلِيلٌ damməli olduğu üçün birinci ifadənin istəyi üzrə fail kimi olur. Müəllif bu şeirdə ifadələr arasında tənaquz olmadığını, məna pozulmadığından irəli gələrək qeyd etmişdir. Son olaraq قَلِيلٌ ifadəsi كَفَانِي ifadəsinin failidir və لَمْ أَطْلُب ifadəsi isə كَفَانِي felinin mef'ulundan haldır. لَمْ أَطْلُب ifadəsinin mef'ulu hazf olunub və bu hazf olunmuş mef'ul isə اَلْمَجْدَ "şərəf" ifadəsidir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Tənazü və uyğunsuzluq
🎓
Xoş gəldiniz! Sual soruşun!