Fail

فَمِنْهُ الْفَاعِلُ. وَ هُوَ مَا أُسْنِدَ إِلَيْهِ الْفِعْلُ أَوْ شِبْهُهُ وَ قُدِّمَ عَلَيْهِ عَلَى جِهَةِ قَيَامِهِ بِهِ، مِثْلُ؛ قَامَ زَيْدٌ وَ زَيْدٌ قَائِمٌ أَبُوهُ. وَ الْأَصْلُ أَنْ يَلِيَ فِعْلُهُ فَلِذَلِكَ جَازَ ضَرَبَ غُلاَمَهُ زَيْدٌ، وَ امْتَنَعَ ضَرَبَ غُلاَمُهُ زَيْدًا. وَ إِذَا انْتَفَى الْإِعْرَابُ لَفْظًا فِيهِمَا وَ الْقَرِينَةُ أَوْ كَانَ مُضْمَرًا مُتَّصِلاً أَوْ وَقَعَ مَفْعُولُهُ بَعْدَ إِلاَّ أَوْ مَعْنَاهَا وَجَبَ تَقْدِيمُهُ وَ إِذَا اتَّصَلَ بِهِ ضَمِيرٌ مَفْعُولٍ أَوْ وَقَعَ بَعْدَ إِلاَّ أَوْ مَعْنَاهَا أَوْ اتَّصَلَ مَفْعُولُهُ وَ هُوَ غَيْرُ مُتَّصِلٍ بِهِ وَجَبَ تَأْخِيرُهُ وَ قَدْ يُحْذَفُ الْفِعْلُ لِقِيَامِ قَرِينَةٍ جَوَازًا فِي مِثْلِ زَيْدٌ لِمَنْ قَالَ مَنْ قَامَ وَ لِيُبْكَ بِزَيْدٍ ضَارِعٌ لِخُصُومَةٍ وَ وُجُوبًا فِي مِثْلِ وَ إِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ وَ قَدْ يُحْذَفَانِ مَعًا فِي مِثْلِ نَعْمْ لِمَنْ قَالَ أَ قَامَ زَيْدٌ

فَمِنْهُ merfulardandır; الْفَاعِلُ fail merfudur. وَ هُوَ ve o fail, مَا elə bir isimdir ki, yəni həqiqi və ya hökmü fail ola bilər. Həqiqi failə misal; نَصَرَ زَيْدٌ tərkibindəki زَيْدْ kəlməsi faildir. Hökmü failə misal; رَأَيْتُ أَنْ شَرَبْتَ “Sənin içməyini gördüm” tərkibindəki أَنْ شَرَبْتَ kəlməsi شَرَابُكَ “içməyin” kimi məzdar təvilindədir, isim hökmündədir. Fail hansı olursa olsun; أُسْنِدَ isnad edilir, إِلَيْهِ ona, yəni failə, الْفِعْلُ fiil, أَوْ شِبْهُهُ və ya fiilə bənzəyən (ismi fail, ismi meful, sifəti müşebbehe, məzdar, ismi təfdil, mənəvi fiil). وَ قُدِّمَ və qabağa çəkilir, yəni fiil və ya fiil mənasında olanlar faildən əvvəl gəlməlidir. عَلَيْهِ faildən əvvəl. Misal; زَيْدٌ ضَرَبَ deyiləndə زَيْدْ kəlməsi mübtəda olur, fail olmur. Normalı ضَرَبَ زَيْدٌ olmalıdır. Burada زَيْدْ kəlməsi faildir. عَلَى جِهَةِ قَيَامِهِ بِهِ fiil və ya şibhi fiilin ona isnad olunması səbəbindən fail qabağa çəkilir. Misal; قَامَ زَيْدٌ “Zeyd qalxdı” tərkibində قَامَ fiili زَيْدٌ kəlməsinə isnad olunub. və وَ زَيْدٌ قَائِمٌ أَبُوهُ “Zeyd, atası qalxan biridir” tərkibində şibhi fiil olan (ismi fail) قَائِمٌ kəlməsinə fail olan أَبُوهُ kəlməsi isnad olunub. وَ الْأَصْلُ əsas olan, أَنْ يَلِيَ ardınca gəlməsidir, فِعْلُهُ onun (failin) fiilini. فَلِذَلِكَ bu şəkildə failin fiilini ardınca gətirməsindən dolayı; جَازَ caizdir, ضَرَبَ غُلاَمَهُ زَيْدٌ “Zeyd oğlunu döydü” tərkibi caizdir. Lakin وَ امْتَنَعَ qadağandır, ضَرَبَ غُلاَمُهُ زَيْدًا “Zeydin oğlu Zeydi döydü” deyilə bilməz. غُلاَمْ kəlməsinə bitişən zamir və rütbə baxımından gecikmiş olan زَيْدْ kəlməsinə aiddir. ضَرَبَ غُلاَمَهُ Zeydin uşağı döydü, kimi? زَيْدًا Zeydi döydü.

Failin Mefuldan əvvəl gəlməsi vacib olan hallar;

وَ إِذَا انْتَفَى əgər الْإِعْرَابُ irab aradan qalxarsa, yəni lafzi irab olmazsa, فِيهِمَا fail və mefuldə, وَ الْقَرِينَةُ və karinə olmazsa, أَوْ ya, كَانَ مُضْمَرًا مُتَّصِلاً fail muttasıl zamir olarsa (məsələn كَتَبْتُ kimi), أَوْ və ya, وَقَعَ مَفْعُولُهُ failin mefulu illadan sonra gəlirsə; مَا شَرِبَ زَيْدٌ إِلاَّ بَكْرًا tərkibindəki بَكْرًا kimi. أَوْ ya, مَعْنَاهَا illadan sonrakı məqam mənasında olarsa, وَجَبَ vacib olur, تَقْدِيمُهُ failin mefuldan əvvəl gəlməsi vacibdir.

Failin Mefuldan sonra gəlməsi vacib olan hallar;

وَ إِذَا اتَّصَلَ بِهِ ضَمِيرٌ əgər failə muttasıl zamir bitişərsə, o zamir ki مَفْعُولٍ mefula aid olan muttasıl zamirdir, ضَرَبَ زَيْدًا غُلاَمَهُ “Zeydin oğlu Zeydi döydü” kimi. غُلاَمْ faildir və ona bitişən muttasıl zamir olan هُ meful olan زَيْدًا kəlməsinə aid zamirdir. أَوْ ya, وَقَعَ بَعْدَ إِلاَّ أَوْ مَعْنَاهَا fail illadan və ya illanın mənasında olandan sonra gəlirsə, أَوْ اتَّصَلَ مَفْعُولُهُ və ya failin mefuluna bitişərsə, وَ هُوَ və fail, غَيْرُ مُتَّصِلٍ fiilə bitişən deyilsə, وَجَبَ تَأْخِيرُهُ failin mefuldan sonra gəlməsi vacibdir.

Fiilin hazf edildiyi hallar;

وَ قَدْ يُحْذَفُ الْفِعْلُ bəzən fiil hazf edilir, لِقِيَامِ قَرِينَةٍ karinə ortaya çıxanda, جَوَازًا caiz olaraq, فِي مِثْلِ زَيْدٌ Zeyd kimi, لِمَنْ قَالَ kim deyirsə, مَنْ قَامَ kim qalxdı. Zeydin ayağa qalxdığını düşünək, biri soruşsa kim qalxdı, cavab olaraq təkcə “Zeyd” demək kifayətdir, “qalxdı” fiilini hazf edə bilərik. Və daha لِيُبْكَ بِزَيْدٍ ضَارِعٌ لِخُصُومَةٍ tərkibinə gəldikdə, لِيُبْكَ ağlanılsın, بِزَيْدٍ Zeydə, ضَارِعٌ düşmənlərinə qarşı gücü çatmayan, لِخُصُومَةٍ düşmənlərinə. “Düşmənlərinə qarşı gücü çatmayan Zeyd üçün ağlanılsın” kimidir. Bəzi mənbələrdə بِزَيْدٍ “Zeydə” əvəzinə لِيُبْكَ يَزِيدُ “Yezid ağlasın” yazılıb. Tahlil edək; لِيُبْكَ بِزَيْدٍ Zeyd üçün ağlanılsın, nəyə görə ağlanılsın? Çünki Zeyd ضَارِعٌ yəni düşmənlərinə qarşı gücü çatmayan biridir. ضَارِعٌ ismi faildir. لِخُصُومَةٍ düşmənlərinə qarşı. Misal belə olsa idi; لِيُبْكَ ضَارِعٌ عَنْ حُصُومَةٍ tərkibində “Düşmənlərinə qarşı gücü çatmayan üçün ağlanılsın” kimidir. وَ وُجُوبً və fiilin hazfi vacib olur; فِي مِثْلِ belə tərkiblərdə; وَ إِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ “Əgər müşriklərdən biri səndən aman diləsə…” Tövbə surəsi 6-cı ayə. Bu ayədəki إِنْ in-i şərtidir. Əgər in-i şərtidən sonra أَحَدٌ kəlməsi gələrsə, yəni إِنْ أَحَدٌ olarsa, bu ikisinin arasında fiilin vacib hazf edildiyi başa düşülür. Bu mahzuf fiil bir yerdə təfsir olunub açıqlanmalıdır. Bu da اسْتَجَارَكَ “səndən aman dilədi” fiilidir.

Fiil və failin birlikdə hazf edildiyi hallar;

وَ قَدْ يُحْذَفَانِ bəzən fiil və fail birlikdə hazf edilir, مَعًا birlikdə, فِي مِثْلِ belə hallarda; نَعَمْ “bəli” cavabı kimi. لِمَنْ قَالَ kim soruşsa, أَ قَامَ زَيْدٌ Zeyd qalxdı mı? Cavab olaraq verilən نَعَمْ “bəli” cavabı kimidir. Burada fail زَيْدٌ və fiil قَامَ birlikdə hazf olunub.

Mətnin ümumi mənası: Fail merfulardandır, yəni ref əlamətinə sahibdir. Fail, fiil və ya şibhi fiilin ona isnad olunması ilə kaim olan isimdir və fiil və ya şibhi fiilin özündən əvvəl gəldiyi isimdir. Misal;

قَامَ زَيْدٌ

“Zeyd qalxdı” ifadəsində قَامَ felinin faili olan زَيْدْ sözünə isnad edilməsi və

زَيْدٌ قَائِمٌ أَبُوهُ

“Zeyd, atası qalxan biridir” ifadəsində isə şibh-i fel olan قَائِمٌ sözünün faili olan أَبُوهُ sözünə isnad edilməsi kimi. Faildə əsas olan öz felini izləməsidir. Buna görə də;

ضَرَبَ غُلاَمَهُ زَيْدٌ

“Zeyd oğlunu döydü” ifadəsi də caizdir. Bu ifadədə fail mef'uldan sonra gəlmişdir. Lakin

ضَرَبَ غُلاَمُهُ زَيْدًا

“Zeydin oğlu Zeydi döydü” deyilə bilməz, bu qadağandır.

Əgər irab;

-Fail və mef'ulda bəzi səbəblərdən dolayı söz üzərində zahir olmazsa və irabı təyin edəcək karinə də ortadan qalxarsa, misal;

ضَرَبَ مُوسَى عِيسَى

ifadəsindəki fail və mef'ulda olduğu kimi.

-Fail felinə bitişən zamir olduğu zaman, Misal:

نَصَرْتُ زَيْدًا

kimi,

-Failin mef'ulu illa-dan sonrakı mövqedə olarsa, misal;

مَا ضَرَبَ زَيْدٌ إِلاَّ عَمْرًا

kimi.

-Failin mef'ulu "illa" mənasında olan bir sözdən sonra olarsa, misal;

إِنَّمَا ضَرَبَ زَيْدٌ عَمْرًا

kimi. Bu hallarda failin mef'uldan önə alınması vacibdir.

Əgər failə,

-Mef'ula dönən bir zamir bitişərsə, misal;

ضَرَبَ زَيْدًا غُلاَمُهُ

“Zeydin oğlu Zeydi döydü” ifadəsində olduğu kimi.

-Fail, illa-dan sonrakı bir mövqedə olarsa, misal;

مَا ضَرَبَ زَيْدًا إِلاَّ عَمْرٌ

kimi.

-Fail, illa mənasında olan bir sözdən sonra olarsa, misal;

إِنَّمَا ضَرَبَ زَيْدًا عَمْرٌ

kimi.

-Fail felə bitişmədiyi halda, fel mef'uluna bitişərsə;

ضَرَبَكَ زَيْدٌ

kimi. Bu hallarda failin mef'uldan sonra gəlməsi vacibdir.

*Bəzən karinə olduğu zaman fel caizən hazf edilir. Misal; مَنْ قَامَ “kim qalxdı” sualına قَامَ زَيْدٌ “Zeyd qalxdı” əvəzinə قَامَ felini hazf edərək زَيْدٌ demək caizdir. Sual قَامَ felinə işarə edən bir karinadır. Və yenə;

لِيُبْكَ بِزَيْدٍ ضَارِعٌ لِخُصُومَةٍ

“Düşmənlərinə qarşı intiqam almağa gücü çatmayan Zeyd üçün ağlanılsın” ifadəsinə gəldikdə fail hazf edilir. Çünki ضَارِعٌ sözünün əvvəlindəki لِيُبْكَ بِزَيْدٍ ifadəsindən مَنْ يَبْكِيهِ؟ “Ona kim ağlasın?” sualı meydana gəlir. Bu sualdakı يَبْكِي feli ضَارِعٌ sözünün hazf olunan felinə işarə edir.

*Bəzən fel;

وَ إِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ

“Əgər müşriklərdən biri səndən aman istəsə…” (Tövbə surəsi 6-cı ayə) ayəsində olduğu kimi hazf edilir. Çünki in-i şərtindən sonra isim gəlməz. Bu səbəbdən in ilə ehadun sözləri arasında bir felin hazf edildiyi açıqdır. Bu hazf olunan feli isə mənaca və sözcə başqa bir fel izah etmişdir, o da اسْتَجَارَ felidir.

*Bəzən fel ilə fail birlikdə hazf edilir, misal;

أَ قَامَ زَيْدٌ

"Zeyd qalxdı mı?" ifadəsinə cavab olaraq نَعَمْ قَامَ زَيْدٌ “Bəli, Zeyd qalxdı” əvəzinə نَعَمْ “bəli” demək caizdir. Bu şəkildə fel də fail də hazf edilmiş olur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Fail
🎓
Xoş gəldiniz! Sual soruşun!