Əlimdəki mal artır

يَمْنِي الْمَالُ بِيَدِي

Əlimdəki Mal Artar

وَ فِي كِتَابِ ابْنِ الْهِنْدِيِّ أَنَّ نَاسِكًا كَانَتْ لَهُ جَرَّةٌ بِسَمْنٍ

İbn-i Hindinin kitabında belə bir hekayə var; Bir nasik (ibadətlə məşğul olan abid şəxs) və onun bir yağ küpü var idi

فَعَلَّقَهَا فِي سَرِيرٍ، فَفَكَّرَ يَوْمًا، وَ هُوَ مُضْطَجِعٌ عَلَى السَّرِيرِ وَ يَدِهِ الْعُكَّازِ

Nasik şəxs yağ küpünü çarpayıya asmışdı. Bir gün əlində bir çubuq olduğu halda çarpayıda uzanıb düşünməyə başladı və

فَقَالَ؛ أَبِيعُ الْجَرَّةَ بِخَمْسَةِ دَرَاهِمَ فَأَشْتَرِي خَمْسَةَ أَعْنَازٍ

Küpü 5 dirhəmə sataram, sonra 5 keçi alaram

فَأُولِدُهُنَّ فِي كُلِّ سَنَةٍ مَرَّتَيْنِ حَتَّى تَبْلُغَ ثَمَانِينَ

Onların sayı 80-ə çatana qədər hər il iki dəfə bala vermələrini təmin edərəm

فَأَبِيعُهَا وَ أَشْتَرِي بِكُلِّ عَشْرَةٍ بَقَرَةً ثُمَّ يَنْمِي الْمَالُ بِيَدِي

Sonra onları satıb, hər onuna bir inək alaram və əlimdəki mal artar

فَأَشْتَرِي الْعَبِيدَ وَ الْإِمَاءَ وَ يُولَدُ لِي وَلَدٌ فَأُوَدِّبُهُ فَإِنْ عَصَانِي ضَرَبْتُهُ بِهَذِهِ الْعَصَا  وَ أَشَارَ بِالْعَصَا

Mən də kölələr və cariyələr alaram, bir oğlum olar və onu tərbiyə edərəm, əgər mənə qarşı çıxsa, bu çubuqla onu döyərəm deyib, çubuqla işarə etdi

فَأَصَابَ الْجَرَّةَ فَتَكَسَّرَتْ وَ انْصَبَّ السَّمْنُ عَلَى رَأْسِهِ

Çubuq küpə dəydi və beləliklə küp sındı, yağ da adamın başına töküldü.

كَلِيلَة وَ دِمْنَة

Kelilə və Dimnə hekayələrindən

اَلْكَلِمَاتُ

Kəlmələr

أَبِيعُ sataram
أَشْتَرِي alaram
عَنْزٌ ج أَعْنَازٌ keçi
إِنْصَبَّ töküldü
بِالْعَصَا çubuqla
بِيَدِهِ əlində
تَكَسَّرَتْ sındı
اَلْجَرَّةُ küp
دِرْهَمٌ ج دَرَاهِمُ dirhəm
اَلسَّرِيرُ çarpayı
سَنَةٌ il
عَبْدٌ ج عَبِيدٌ qul, kölə
اَلْعَصَا çubuq
اَلْعُكَّازُ baston
فَكَّرَ düşündü
مَالٌ ج أَمْوَالُ mal, pul
مُضْطَجِعٌ uzanan
اَلْهِنْدِيُّ hindli
يَمْنِي artar, çoxalar
يَوْمٌ gün
أُؤَدِّبُهُ onu tərbiyə edərəm
أَشَارَ işarə etdi
أَصَابَ dəydi
أَمَّةٌ ج إِمَاءٌ cariyə
أُولِدُهُنَّ onları bala verdirərəm
بَقَرَةٌ inək
تَبْلُغُ çatır
ثَمَانِينَ səksən
خَمْسَةٌ beş
رَأْسُهُ onun başı
اَلسَّمَنُ yağ
ضَرَبْتُهُ ona vurdum
عَشْرَةٌ on
عَصَانِي mənə asi oldu
عَلَّقَهَا onu asdı
كِتَابٌ kitab
مَرَّتَيْنِ iki dəfə
نَاسِكٌ ibadət edən
وَلَدٌ uşaq
يُولَدُ doğulur
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Hekayələr › Əlimdəki mal artır
🎓
Xoş gəldiniz! Sual soruşun!