Qeyr-i Münsərif Kəlmələr
Adından da göründüyü kimi, munsariflikdən məhrum olan, cerr halında belə fətha ilə irablanan və heç vaxt tənvini qəbul etməyən, təsrifatdan payı olmayan sözlərə qeyri-munsarif isimlər deyilir. Qeyri-munsarif isimləri əlam (xüsusi ad), sifət və isim olaraq 3 hissədə araşdıracağıq;
a. Əlam Olan Qeyri-Munsariflər
Xarici dildən Ərəbcəyə keçmiş əlam adlara "əcəm" (yad) adlar da deyilir. Aşağıdakı isimlər həm əlamdır, həm də Ərəbcə üçün əcəm adlardır.
| Əlam + Əcəm İsimlər | |
| يَعْقُوبُ | اِسْتَانْبُولُ |
| مُوسَى | هَارُونُ |
| إِبْرَاهِيمُ | آنْقَرَةُ |
Tə'nis (müənnəslik) əlaməti olsun və ya olmasın, müənnəs varlıqlar (insan, heyvan, şəhər adları) üçün işlədilən adlara əlam müənnəs isimlər deyilir;
| Əlam + Müənnəs İsimlər | |
| عَائِشَةُ | زَيْنَبُ |
| مُعَاوِيَةُ | سُعَادُ |
| مَرْيَمُ | أُسَامَةُ |
Həm əlam (xüsusi ad), həm də sonunda elif və nun olan isimlər;
| Əlam + Elif-nun İsimlər | |
| سَلْمَانُ | شَعْبَانُ |
| عُثْمَانُ | سُفْيَانُ |
| رَمَضَانُ | مَرْوَانُ |
Həm əlam (xüsusi ad), həm də feil vəznində olan isimlər;
| Əlam + Feil vəznində olan İsimlər | |
| أَحْمَدُ | يَزِيدُ |
| شَمَّرُ | إِثْمِدُ |
Həm əlam (xüsusi ad), həm də فُعَلُ vəznində olan isimlər;
| Əlam + فُعَلُ olan İsimlər | |
| عُمَرُ | فُزَحُ |
| زُحَلُ | مُضَرُ |
| زُفَرُ | هُبَلُ |
Həm əlam (xüsusi ad), həm də məczi tərkib, yəni birləşik isimdən ibarət olan adlar;
| Əlam + məczi tərkib olan İsimlər | |
| بَعْلَبَكُّ | حَضْرَمَوْتُ |
| بُورْسَعِيدُ | غَازِي عَيْنْتَابُ |
b. Sifət Olan Qeyri-Munsariflər
Sifət və أَفْعُلُ vəznində olanlar;
| Sifət + أَفْعُلُ olan sifət-i müşəbbəhə | |
| أَسْوَدُ | أَحْمَرُ |
| Sifət + أَفْعُلُ olan İsm-i Tafdil | |
| أَكْبَرُ | أَفْضَلُ |
Sifət və فَعْلاَنُ vəznində olanlar;
| Sifət + فَعْلاَنُ olan | |
| غَضْبَانُ | رَحْمَانُ |
Sifət və bölüşdürmə sayları olanlar;
| Sifət + bölüşdürmə sayları olanlar | ||
| Bölüşdürmələr | فُعَالٌ | مَفْعَلٌ |
| bir-bir | أُحَادٌ | مَوْحَدٌ |
| iki-iki | ثُنَاءٌ | مَثْنَأٌ |
| üç-üç | ثُلاَثٌ | مَثْلَثٌ |
| dörd-dörd | رُبَاعٌ | مَرْبَعٌ |
| beş-beş | خُمَاسٌ | مَخْمَسٌ |
| altı-altı | سُدَاسٌ | مَسْدَسٌ |
| yeddi-yeddi | سُبَاعٌ | مَسْبَعٌ |
| səkkiz-səkkiz | ثُمَانٌ | مَثْمَنٌ |
| doqquz-doqquz | تُسَاعٌ | مَتْسَعٌ |
| on-on | عُشَارٌ | مَعْشَرٌ |
c. İsim Olan Qeyri-Munsariflər
İsim və sonunda artıq olan elif-i məmdudə, yəni اء olan isimlər;
| İsim + اء olan | |
| صَحْرَاءُ | عُظَمَاءُ |
| عُلَمَاءُ | خُبَرَاءُ |
İsim və sonunda artıq olan elif-i məqsura, yəni ـى olan isimlər;
| İsim + ـى olan | |
| لَيْلَى | بُشْرَى |
| كُبْرَى | سَلْمَى |
İsim və siga-i müntehel cümu (son cəmi şəkli) olan isimlər;
| İsim + siga-i müntehel cümu olan | |
| مَسَاجِدُ | مَفَاتِيحُ |
| تَلاَمِيذُ | مَقَابِيرُ |
Qeyri-Munsariflərin Kəsrə Alması
a. Əvvəlinə elif-lam gələrsə
b. Müzaf olsalar, kəsrə ala bilərlər.