Atf ul-Beyan olan Cümlə
Bəzi alimlərə görə bir cümlə başdan-başa atf ul-beyan olmaz, amma bəzilərinə görə bunun olması caizdir və bu səbəbdən belə bir cümlə ilə rastlaşsaq atf ul-beyanı dərhal anlayaq deyə aşağıdakı məlumatları verəcəyik.
Bir cümlənin atf ul-beyan ola bilməsi üçün təfsir edən hərflərdən birinə ehtiyac var. Necə ki, əvvəlki dərsdə təfsir edatı olan أَيْ "ey" sözündən sonra gələn isim atf ul-beyan kimi qəbul olunurdu, burada da eyni şey mövcuddur. Təfsir hərflərindən sonra gələn cümləyə təfsir cümləsi də deyilir.
أَكَلْتُ فَوَاكِهَ اَيِ التُّفَّاحَ
Meyvələri yedim, yəni alma yedim
قُلْتُ أَنْ إِذْهَبْ
Ona dedim ki, "qalx"
لاَ رَيْبَ فِيهِ أَيْ فِي الْكِتَابِ
Onda şübhə yoxdur, yəni kitabda heç bir şübhə (yanılma) yoxdur