Atf ul-Beyanın Xüsusiyyətləri

Atf ul-beyan bir tərəfdən sifətə, bir tərəfdən də bədəldə oxşayır. Sifətə oxşarlığı irabda, müzekkər-müənnəslikdə, müfrəd, təsniyə, cəm olmaqda, mə'rifə və nəkrə olmaqda özünü göstərir. Amma sifətlə atf ul-beyan arasındakı fərq isə, sifət bildiyimiz kimi müştəq, yəni törəmiş sözlərdən (ism-i fail, ism-i meful, ism-i mensub, ism-i tafdil və s.) olduğu halda, atf ul-beyan isə camid "donuq", yəni törəməyən sözlərdən olur.

Atf ul-beyanın bədəldə oxşayan cəhətləri isə ilk növbədə irab baxımındandır, bədəl-i mutabıq eyni zamanda atf ul-beyandır. Mə'rifə isimdən nəkrəyə, nəkrə isimdən mə'rifəyə bədəl ola bilər, amma atf ul-beyan olmaz. Zəmirə isim bədəl ola bilər, amma atf ul-beyan olmaz, bədəl-i mutabıqdan başqa bədəllər də atf ul-beyan olmur.

Lakin əvvəlki dərsdə də deyildiyi kimi, bədəl-i mutabıq ilə atf ul-beyanı ayırmaq üçün bu cümlədəki vəziyyətə diqqət etməliyik:

جَاءَ أَخُوكَ زَيْدٌ

Qardaşın Zeyd gəldi

Əgər qarşı tərəfin yalnız bir qardaşı Zeyddirsə, bu halda Zeyd sözü bədəl-i mutabıqdır. Əgər bir neçə qardaşı varsa və gələn qardaşın kim olduğunu açıqlamaq istəyiriksə, bu halda Zeyd sözü atf ul-beyandır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › Atf ul-Beyanın Xüsusiyyətləri
🎓
Xoş gəldiniz! Sual soruşun!