3. Bədəl | 3
Tabe olduğu kəlməni izah etmək üçün gələn və irabda da tabe olduğu kəlməyə bərabər olan ifadələrə bedel deyilir.
Bedeldən əvvəl gələn və bedel olan ifadənin tabe olduğu ifadəyə mübdelun minh (özündən bedel olunan) deyilir.
جَاءَ أَخُوكَ زَيْدٌ
Qardaşın Zeyd gəldi
Bu misalda Zeyd ifadəsi, qardaş ifadəsindən bedeldir və irabda أَخُوكَ ifadəsinə tabedir. أَخُوكَ ifadəsi isə mübdelun minhdır.
| زَيْدٌ | أَخُوكَ | جَاءَ |
| Bedel | Mübdelun minh | Fəil |
قَرَأْتُ الْكِتَابَ نِصْفَهُ
Kitabın yarısını oxudum
| نِصْفَهُ | الْكِتَابَ | قَرَأْتُ |
| Bedel | Mübdelun minh | Fəil |
أَعْجَبَنِي الْعَامِلُ عَمَلُهُ
İşçinin əməlini bəyəndim
| عَمَلُهُ | الْعَامِلُ | أَعْجَبَنِي |
| Bedel | Mübdelun minh | Fəil |
-Bedel 3 hissədə araşdırılır;
a. Bedel-i Mutabıq
b. Bedel-i Bə'z
c. Bedel-i İştimal
Bu bedel növləri, bedel olan ifadənin matbusu, yəni tabe olduğu ifadələrlə arasındakı əlaqədən ibarətdir. Bedel, tabe olduğu ifadəyə tam uyğun ola bilər, tabe olduğu ifadənin bir hissəsi (parçası) ola bilər, tabe olduğu ifadə ilə başqa bir baxımdan əlaqəli ola bilər. Gəlin ardıcıllıqla araşdıraq..