Tə'kidin İrabı

إِفْتَحُوا أَنْتُمْ

Siz açın siz

-Cümlənin irabı;

إِفْتَحُوا

Nun hərfinin hazfi üzərinə mebni olan əmr feli, vav hərfi isə ref məhəlində olan sükun üzərinə mebni failik əlamətidir

أَنْتُمْ

Ref məhəlində olan və sükun üzərinə mebni olan əmr felindəki cəmaat vavı (cəm vavı) üçün tə'kid olan ləfzdır, cəmi müzekkər müxatəb siğasında olan müstəqil zamirdir

رَأَيْتُ زَيْدًا زَيْدًا

Zeydi gördüm Zeydi

-Cümlənin irabı;

رَأَيْتُ

رَأَى feli sükun üzərinə mebni olan mazi feli, ona birləşən te zamiri isə ref məhəlində olan dammə üzərinə mərfu olan bitişik zamirdir

زَيْدًا

Fəthə ilə mənsub olan mefulun bihtir

زَيْدًا

Mefulun bih olan "Zeyd" ləfzinin ləfzi tə'kididir. Fəthə ilə mənsubdur

إِتَّصَلْنَا بِالطَّبِيبِ نَفْسِهِ

Həkimin özünü axtardıq

-Cümlənin irabı;

إِتَّصَلْنَا

إِتَّصَلْ feli sükun üzərinə mebni olan mazi feli, ona birləşən نَا ləfzi isə ref məhəlində olan, məhəllən mərfu bitişik zamirdir

بِالطَّبِيبِ

بِ hərfi-cərdir, الطَّبِيبِ ləfzi isə əvvəlindəki hərfi-cərlə məcrur olan isimdir. بِالطَّبِيبِ ləfzi (hərfi-cər istifadə olunduğu üçün) mefulun bih qeyri-sarihdir.

نَفْسِهِ

نَفْسِ ləfzi الطَّبِيبِ ləfzini tə'kid edən mənəvi tə'kid edici sözlərdəndir. Tə'kid etdiyi müəkkəd ləfzə uyğun olaraq sonunda هِ zamiri var, tə'kid etdiyi ləfzin cümlədə məcrur olması səbəbilə نَفْسِ ləfzi muzaf və məcrurdur və ona birləşən bitişik هِ zamiri də muzafun ileyh olaraq məcrurdur. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › Tə'kidin İrabı
🎓
Xoş gəldiniz! Sual soruşun!