Sifətin Kəsilməsi
Kat'u n-na't: Tərif, tənqid, pisləmə, söyüş, şəfqət, mərhəmət bildirən sifətlərin məvsufla əlaqəsinin kəsilməsi deməkdir. Məvsufla əlaqəsi kəsilən sifətləri mərfu və ya mənsub olaraq oxumaq caizdir;
اَلْحَمْدُ لِلهِ الْحَمِيدِ
Həmd, həmid olan Allaha məxsusdur
Məsələdə الْحَمِيدِ kəlməsi sifətdir. الله kəlməsi məvsufdur, bu misal üzərində aşağıdakı misallarda sifətin məvsufundan ayrılmasını görək;
*Mübtədası hazf olunmuş xəbər;
اَلْحَمْدُ لِلهِ الْحَمِيدُ
Həmd, həmid olan Allaha məxsusdur
Məsələdə الْحَمِيدُ kəlməsi mübtədası hazf olunmuş xəbərdir. Tərkibin əsli;
اَلْحَمْدُ لِلهِ هُوَ الْحَمِيدُ
Həmd, Allaha məxsusdur, O Həmdir
Yuxarıdakı misalın əsli olan bu nümunədə hazf olunmuş mübtəda هُوَ əvəzliyidir.
*Hazf olunmuş أَعْنِى feilinin məf'ulun bihisi;
اَلْحَمْدُ لِلهِ الْحَمِيدَ
Həmd, həmid olan Allaha məxsusdur
Məsələdə الْحَمِيدَ kəlməsi أَعْنِى feilinin məf'ulun bihisidir. Tərkibin əsli;
اَلْحَمْدُ لِلهِ أَعْنِى الْحَمِيدَ
Həmd, Allaha məxsusdur yəni Həmid olanındır
*Hazf olunmuş أَخُصُّ feilinin məf'ulun bihisi;
اَلْحَمْدُ لِلهِ الْحَمِيدَ
Həmd, həmid olan Allaha məxsusdur
Məsələdə الْحَمِيدَ kəlməsi أَخُصُّ feilinin məf'ulun bihisidir. Tərkibin əsli;
اَلْحَمْدُ لِلهِ أَخُصُّ الْحَمِيدَ
Həmd, Allaha məxsusdur yəni Həmid olana xasdır
| الْحَمِيدِ | للهِ | لِ | اَلْحَمْدُ |
| الْحَمِيدُ | هُوَ | لِلهِ | اَلْحَمْدُ |
| الْحَمِيدَ | أَعْنِى | لِلهِ | اَلْحَمْدُ |
| الْحَمِيدَ | أَخُصُّ | لِلهِ | اَلْحَمْدُ |
Qısacası, belə bir sifət məvsufuna tabe deyilsə (hərəkə və s. baxımından) bilək ki, hazf olunmuş bir sıra feil və ya əvəzlik var. Məvsuf məcrur olduğu halda sifət mərfu olarsa, o sifət hazf olunmuş mübtədanın xəbəridir, məvsuf məcrur olduğu halda sifət mənsub olarsa, bilək ki, o sifət olan kəlmə hazf olunmuş feilinin məf'uludur. Arada hazf olunan kəlmələr sifətlə məvsufun əlaqəsini kəsir kimi görünsə də, mənaca sifət məvsufu təsvir edir. Tamamilə sifətlikdən çıxırlar deyə bilmərik.