Məvsufun Həzfi
Əgər sifət müştaq, yəni törəmiş bir isimdirsə (ism-i fail, ism-i meful, ism-i təfdil və s.) o halda məvsufu hazf etmək caizdir, təbii ki, məvsufun məna baxımından varlığına dair bir dəlil (karinə) olması şərtilə. Məvsuf hazf edildikdə sifət məvsufun yerini tutur.
وَلَدٌ عَاقِلٌ
"Ağıllı uşaq" birləşməsində məvsuf olan وَلَدٌ sözünü hazf etsək;
عَاقِلٌ
"Ağıllı" demək kifayət edir.
إِمْرَأَةٌ عَاقِلَةٌ
"Ağıllı qadın" birləşməsində məvsuf olan إِمْرَأَةٌ sözünü hazf etsək;
عَاقِلَةٌ
"Ağıllı" demək kifayət edir.
نَامَ وَقْتًا طَوِيلاً
"Uzun müddət yatdı" birləşməsində məvsuf olan وَقْتًا sözünü hazf etsək;
نَامَ طَوِيلاً
"Uzun yatdı" demək kifayət edir.