Birdən Çox Sifət

Bir cümlədə bir neçə sifət, istər atıf hərfi ilə, istərsə də atıf hərfsiz gələ bilər.

*Lakin eyni məvsufa aid sifətlər atıf hərfi ilə və ya atıfsız olaraq bir neçə dəfə gələ bilər. 

إِنَّ اللهَ الْعَلِيمُ الْخَبِيرُ

Şübhəsiz, Allah bilən və xəbərdar olandır

اللهُ الْعَالِمُ وَ الْغَافِرُ وَ الْعَاظِمُ

Allah bilən, bağışlayan və böyük olandır

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ

Rəhman və Rəhim olan Allahın adı ilə..

Yuxarıdakı cümlələrdə bir neçə sifət atıflı və atıfsız şəkildə işlədilib, çünki məvsuf təkdir, o da Allah kəlməsidir.

*Məvsuflar və sifətlər fərqli olarsa, bu halda atıf hərfsiz sifətlər ardıcıllıqla gəlir. Birinci sifət birinci məvsufu, ikinci sifət ikinci məvsufu təsvir edir;

جَاءَ التِّلْمِيذُ الْجَاهِلُ وَ الْمُدَرِّسُ الْعَالِمُ

Biliksiz şagird və bilikli müəllim gəldi

*Müfrəd, təsniyə və cəmi ağıl məvsufların sifətləri öz məvsufuna uyğun olaraq müfrəd, təsniyə və cəmi şəkildə gəlir;

جَاءَ الْوَلَدُ الْكَرِيمُ

Cömert uşaq gəldi

جَاءَ الْوَلَدَانِ الْكَرِيمَانِ

İki cömert uşaq gəldi

جَاءَ الْأَوْلاَدُ الْكَرِيمُونَ

Cömert uşaqlar gəldi

جَاءَتِ الْبِنْتُ الْكَرِيمَةُ

Cömert qız gəldi

جَاءَتِ الْبِنْتَانِ الْكِرِيمَتَانِ

İki cömert qız gəldi

جَاءَتِ الْبَنَاتُ الْكَرِيمَاتُ

Cömert qızlar gəldi

*Cəmi qeyri-ağıl olan məvsufun sifəti həmişə müfrəd müənnəs olur;

اَلْأَزْهَارُ الْجَمِيلَةُ

Gözəl güllər

رَأَيْتُ أَشْجَارًا طَوِيلَةً

Uzun ağaclar gördüm

أُشْتُرِئَ الْبُيُوتُ الْجَدِيدَةُ كَثِيرًا فِي هَذِهِ السَّنِةِ

Yeni evlər bu il çox satıldı

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › Birdən Çox Sifət
🎓
Xoş gəldiniz! Sual soruşun!