Sifətin Mövqeyi
Sifət, məvsufundan sonra gəlir, amma araya başqa sözlər də girə bilər. Səbəbi sifətdə məvsuf əvvəl olsa da, özündən sonrakı ismi təsvir edir.
وَ إِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ
Əgər bilsəydiniz, bu böyük bir anddır Vaqiə 76
Ayədə قَسَمٌ sözü məvsufdur və onu təsvir edən sifət isə عَظِيمٌ sözüdür. Göründüyü kimi, sifət ilə məvsufun arasına bir şərt cümləsi daxil olub.
أَخُو زَيْدٍ الْكَبِيرُ مُجْتَهِدٌ
Zeydin böyük qardaşı çalışqandır
Cümlədə أَخُو sözü məvsufdur və onu təsvir edən sifət isə الْكَبِيرُ sözüdür. Göründüyü kimi, sifət ilə məvsufun arasına muzafun ileyh olan زَيْدٍ sözü daxil olub.
*Sifət heç vaxt məvsufun önünə keçə bilməz;
جَاءَ تِلْمِيذٌ مُجْتَهِدٌ
Çalışqan bir şagird gəldi
Bu cümlə heç vaxt aşağıdakı kimi ola bilməz;
جَاءَ مُجْتَهِدٌ تِلْمِيذٌ
Burada sifət məvsufun önünə keçib, belə bir tərkib caiz deyil.