Sifət Cümləsi
Sifət cümləsi, nekirə isimdən sonra gələn cümlə və şibh-i cümlələrdir. Cümlə olan sifət və Şibh-i cümlə olan sifət olaraq iki hissədə araşdırılır. Bəzən şərt cümləsi də sifət cümləsi ola bilər.
Cümlə olan Sifət
Cümlə olan sifət də isim və feil cümləsi olaraq araşdırılır;
-İsim Cümləsi;
هُوَ رَجُلٌ غُلًامُهُ مُخْلِصٌ
O, uşağı ixlaslı olan bir kişidir
Cümlədə غُلًامُهُ مُخْلِصٌ söz birləşməsi isim cümləsidir, sifətdir və رَجُلٌ sözünü təsvir edir.
إِشْتَرَيْتُ بَيْتٌ حَدِيقَتُهُ وَاسِعَةٌ
Bağçası geniş olan bir ev aldım
Cümlədə حَدِيقَتُهُ وَاسِعَةٌ söz birləşməsi isim cümləsidir, sifətdir və بَيْتٌ sözünü təsvir edir.
-Feil Cümləsi;
حَرِيرٌ يُؤْخَذُ مِنْ دُودَةِ الْقَزِّ غَالٍ
İpəkqurdundan alınan ipək bahalıdır
Cümlədə يُؤْخَذُ مِنْ دُودَةِ الْقَزِّ söz birləşməsi feil cümləsidir, sifətdir və حَرِيرٌ sözünü təsvir edir.
Şibh-i Cümlə olan Sifət
Şibh-i cümlə olan sifət də zərf və hərf-i cərrli isimlə yaranır;
-Zərf ilə;
رَأَيْتُ طَائِرًا فَوْقَ الْسَقْفِ
Damağın üstündəki quşu gördüm
Cümlədə فَوْقَ sözü zərfdir, فَوْقَ الْسَقْفِ nekirə isimdən sonra gəldiyinə görə şibh-i cümlə olaraq sifətdir və طَائِرًا sözünü təsvir edir.
-Hərf-i cərr ilə;
شَمَمْتُ وَرْدَةً عَلَى الْمِنْضَادَةِ
Masanın üstündəki gülü iylədim
Cümlədə عَلَى hərf-i cərrdir, عَلَى الْمِنْضَادَةِ nekirə isimdən sonra gəldiyinə görə şibh-i cümlə olaraq sifətdir və وَرْدَةً sözünü təsvir edir.
شَرِبْتُ شَرَابًا عَلَى الْمِنْضَادَةِ
Masanın üstündəki içkini içdim
Cümlədə عَلَى hərf-i cərrdir, عَلَى الْمِنْضَادَةِ nekirə isimdən sonra gəldiyinə görə şibh-i cümlə olaraq sifətdir və شَرَابًا sözünü təsvir edir.
Sifət olan Şərt Cümləsi
رَأَيْتُ فَقِيرًا مَنْ يُحْسِنْ إِلَيْهِ يَكْتَسِبْ ثَوَابًا عِنْدَ رَبِّهِ
Özünə yaxşılıq edənə Rəbbi yanında savab veriləcək bir kasıb gördüm
Bu cümlədə مَنْ يُحْسِنْ إِلَيْهِ يَكْتَسِبْ ثَوَابًا عِنْدَ رَبِّهِ söz birləşməsi tamamilə şərt cümləsidir və sifətdir, فَقِيرًا sözünü təsvir edir.
*Sifət cümləsini məvsufa bağlayan zamir müstətir, bariz və mahzuf şəkildə gələ bilər;
-Bariz Zamir;
جَاءَ رَجُلٌ رَأَيْتُهُ
Gördüyüm kişi gəldi
-Müstətir Zamir;
رَأَيْتُ رَجُلاً جَاءَ
Gələn kişini gördüm
-Mahzuf Zamir;
شَرِبَ وَلَدٌ رَأَيْتُ
Gördüyüm uşaq içdi