Zərf-i Lağv
Zarf-ı müstəkarın tam əksi olaraq carr və mecrur ilə zarf olan sözün təalluq etdiyi mütəəlliq hazf olunmayıbsa və cümlədə varsa, o halda o carr və mecrur ilə zarf olan sözə zarf-ı lağv deyilir.
Zarf-ı lağv olan carr və mecrur və ya zarf olan söz cümlə daxilində mefulun bih qeyri-sarih (harf-i cerr alan meful), mefulun fih, mefulun leh və naib-i fail kimi qarşımıza çıxır.
-Mefulun bih Qeyri-Sarih kimi gələn zarf-ı lağv;
عَطَيْتُ لِلْوَلَدِ هَدِيَةً
Uşağa hədiyyə verdim
Cümlədə carr mecrur olan لِلْوَلَدِ sözünün -ki bu söz mütəəlliqdir- mütəəlliqi عَطَى feilidir. Bu عَطَى feili zarf-ı müstəkar kimi ümumi bir feil deyil, carr və mecrurdan bu عَطَى feilinin mənası da anlaşılmadığı üçün carr mecrur olan لِلْوَلَدِ sözünə zarf-ı lağv deyirik. Carr mecrur olan لِلْوَلَدِ sözü də cümlə daxilində mefulun bih qeyri-sarih kimi qarşımıza çıxır.
-Mefulun Fih kimi gələn zarf-ı lağv;
جَلَسْتُ فِي الْبَيْتِ
Evdə oturdum
Cümlədə carr mecrur olan فِي الْبَيْتِ sözünün -ki bu söz mütəəlliqdir- mütəəlliqi جَلَسَ feilidir. Bu جَلَسَ feili zarf-ı müstəkar kimi ümumi bir feil deyil, carr və mecrurdan bu جَلَسَ feilinin mənası da anlaşılmadığı üçün carr mecrur olan فِي الْبَيْتِ sözünə zarf-ı lağv deyirik. Carr mecrur olan فِي الْبَيْتِ sözü də cümlə daxilində mefulun fih (carr fi olduğu üçün) kimi qarşımıza çıxır.
-Mefulun Leh kimi gələn zarf-ı lağv;
جِئْتُ لِلْعِلْمِ
Elm üçün gəldim
Cümlədə carr mecrur olan لِلْعِلْمِ sözünün -ki bu söz mütəəlliqdir- mütəəlliqi جَاءَ feilidir. Bu جَاءَ feili zarf-ı müstəkar kimi ümumi bir feil deyil, carr və mecrurdan bu جَاءَ feilinin mənası da anlaşılmadığı üçün carr mecrur olan لِلْعِلْمِ sözünə zarf-ı lağv deyirik. Carr mecrur olan لِلْعِلْمِ sözü də cümlə daxilində mefulun leh (carr lam olduğu üçün) kimi qarşımıza çıxır.
-Naib-i Fail kimi gələn zarf-ı lağv;
وُجِدَ عِنْدِي
Yanımda tapıldı
Cümlədə zarf olan عِنْدِي sözünün mütəəlliqi وُجِدَ məchul feilidir. Feilimiz məchul olduğu zaman fail məchul olur, cümlədə olmur və meful isə fail mövqeyinə keçir. Buna görə də zarf olan عِنْدِي sözü zarf-ı lağv kimi qarşımıza çıxır.
Zarf-ı lağv olan mefulun bih qeyri-sarih, mefulun fih, mefulun leh feilindən əvvəl gələ bilər, amma naib-i fail əsla gələ bilməz.
Harf-i cerrlərdən sonra sual üçün gələn مَا "mâ" ədatı gətirilərsə, o halda bu mâ ədatının sonundakı elif hərfi düşər;
| بِ | مَا | بِمَ |
| عَنْ | مَا | عَمَّ |
| مِنْ | مَا | مِمَّ |
| عَلَى | مَا | عَلَامَ |
| إِلَى | مَا | إِلَامَ |
| حَتَّى | مَا | حَتَّامَ |