İzafətin Növləri

İzafət, ləfzi və mənəvi olmaq üzrə 2 hissədə araşdırılır;

Ləfzi İzafət

İzafət tərkibində muzaf olan söz ism-i fail, sifət-i müşəbbəhə və ya ism-i məf'ul kimi müştəq olan ifadələrdən olur. Bu izafət asanlıq üçün istifadə olunur.

نَافِعُ الْعِلْمِ

Faydalı elm

مَفْتُوحُ الْبَابِ

Açıq qapı

حَسَنُ الْعَمَلِ

Gözəl əməl

*Ləfzi izafət asanlıq üçün istifadə olunur;

جَاءَ الْمَرِيضُ شَاحِبَ الْوَجْهِ

Xəstə üzü solğun halda gəldi

*Burada ləfzi izafət olmasaydı cümləmiz belə olardı;

جَاءَ الْمَرِيضُ شَاحِبًا وَجْهُهُ

Xəstə üzü solğun halda gəldi

şəklində olacaqdı. شَاحِبًا "şahiben" sözü المَرِيضُ "əl-məridu" sözünə hal olaraq gəlmişdir, amma ilk cümlədə qısaldılaraq bir ləfzi tərkib əmələ gəldi və شَاحِبَ الْوَجْهِ "şahib əl-vəch" kimi gəldi.

*Ləfzi izafətdə muzaf, muzafun ileyh səbəbilə müəyyən olmur, lazım olsa əlif-lam ala bilər;

رَجُلٌ حَسَنُ الْوَجْهِ

Gözəl üzlü bir adam

الْوَجْهِ حَسَنُ رَجُلٌ
muzafun ileyh nəkirə muzaf Məvsuf

اَلرَّجُلُ الْحَسَنُ الْوَجْهِ

Gözəl üzlü bir adam

الْوَجْهِ الْحَسَنُ اَلرَّجُلُ
muzafun ileyh mərifə muzaf Məvsuf

*Ləfzi izafətdə muzaf olan söz müştəq (ism-i fail, sifət-i müşəbbəhə, ism-i məf'ul və s.) olduğuna görə adətən əvvəl gələn bir ismin sifəti olur;

جَاءَ زَيْدٌ عَالِمُ الْوَلَدِ

Uşağı bilgili olan Zeyd gəldi

رَأَيْتُ رَجُلًا عَاقِلَ الْوَلَدِ

Uşağı ağıllı bir adam gördüm

تَكَلَّمْتُ مَعَ رَجُلٍ جَمِيلَةِ السَّيَّارَةِ

Maşını gözəl olan bir adamla danışdım

*Yuxarıdakı üç cümlədə altı cizgi ilə verilmiş sözlər muzafdır və müştəq olduqlarına görə əvvəl gələn ismin sifətidirlər.

Mənəvi İzafət

Mənəvi izafətə eyni zamanda "həqiqi izafət" də deyilir. Adından da göründüyü kimi, mənaca baş verən bu izafət zehnimizdə canlanır;

بَابُ السَّيَّارَةِ

Maşının qapısı

مِفْتَاحُ الْبَابِ

Qapının açarı

لَوْنُ الْمِفْتَاحِ

Açarın rəngi

*Cümlələrdəki muzaf olan isimlər nəkirədir və muzafun ileyh olan isimlər isə mərifədir. Nəkirə olan muzaf isimlər, muzafun ileyh səbəbilə mərifə olurlar. Bu səbəbdən mərifə ismə muzaf olan isimlər mərifə olur. Verilən izafət "müəyyən isim birləşməsi" kimi qarşımıza çıxır. Məsələlərdə göründüyü kimi muzaf damməlidir, amma mürəb olduğuna görə əgər məf'ul mövqeyində olsaydı mənsub, cərr halında isə məcrur olacaqdı. Təbii ki, muzaf isimlər məbni də ola bilərlər. Yuxarıdakı misallarda olan muzafların mənsub və məcrur hallarına misallar;

رَأَيْتُ بَابَ السَّيَّارَةِ

Maşının qapısını gördüm

كَسَرْتُ بِبَابِ السَّيَّارَةِ

Maşının qapısını sındırdım

بَحَثْتُ مِفْتَاحَ الْبَابِ 

Qapının açarını axtardım

فَقَدْتُ بِمِفْتَاحِ الْبَابِ 

Qapının açarını itirdim

التِّلْمِيذِ قَلَمُ Mərfu Muzaf
التِّلْمِيذِ قَلَمَ Mənsub Muzaf
التِّلْمِيذِ قَلَمِ Məcrur Muzaf

*Mənəvi izafətdə nəkirə ismə muzaf olan isim xüsusi məna qazanır, mərifəlik qazanmaz;

قَلَمُ تِلْمِيذٍ

Şagird qələmi

بَابُ بَيْتٍ

Evin qapısı

عَيْنُ إِنْسَانٍ

İnsan gözü

-Misallarda muzafun ileyh nəkirədir və ona muzaf olan isim də bu səbəbdən xüsusi məna daşıyır və mənası ilə mövcud olan bütün isimlərə şamildir, mərifə deyil. Yəni "Şagird qələmi" demək bütün şagirdlər üçün ayrılmış qələm deməkdir və ya "Evin qapısı" demək mövcud olan bütün evlər üçün məxsus olan qapı deməkdir. Yəni mərifə ismə muzaf olan isim mərifəlik, nəkirə ismə muzaf olan isim isə xüsusilik qazanır.

Mənəvi izafət bir sıra mənaları ifadə etmək üçün istifadə olunur;

Tərif mənası üçün;

رَأَيْتُ وَلَدَ الْمُدِيرِ

Direktorun oğlunu gördüm

Təxsis mənası üçün;

غَرَسْتُ أَشْجَارَ رُمَّانٍ

Nar ağacları əkdim

Sahiblik mənası üçün;

بَاعَ دُكَّانَهُ

Dükkanını satdı

Zərf mənası üçün;

يَشْتَدُّ بَرْدُ الشِّتَاءِ

Qışın soyuğu şiddətlənir

Bənzətmə mənası üçün;

مَرَّتِ السَّيَّارَةُ مُرُورَ الرَّصَاصِ

Maşın güllə kimi keçdi

*Altı cizgi ilə verilmiş sözlər qeyd olunan mənaya daxildir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › İzafətin Növləri
🎓
Xoş gəldiniz! Sual soruşun!