1. İzafət & Muzafun İleyh

Bir ismin mənasını daha aydın etmək və ya mənasına aydınlıq gətirmək üçün ikinci bir ismi ona bağlamağa (əlavə etməyə) izafət deyilir.

İzafət tərkibinə Azərbaycan türkcəsində "isim birləşməsi" deyirik və bir birləşmədə mütləq tamlayan və tamlanan olmalıdır. İzafət tərkibində isə birinci ismə muzaf (tamlanan), ikinci ismə isə muzafun ileyh (tamlayan) deyilir.

بَابُ الْبَيْتِ

Evin qapı

الْبَيْتِ بَابُ
Muzafun İleyh Muzaf
Tamlayan Tamlanan

Muzaf: Əlif-lam və tənvin almaz, cümlədəki vəziyyətinə görə məbni və ya mürəb sözlərdən ola bilər. Muzafun ileyhdən əvvəl gəlir.

Muzafun İleyh: Əlif-lam və ya tənvin alan və həmişə məcrur olan isimdir, muzafdan sonra gəlir. Məbni və mürəb sözlərdən ola bilər.

جَاءَ صَدِيقُ مُحَمَّدٍ

Məhəmmədin dostu gəldi

مُحَمَّدٍ صَدِيقُ جَاءَ
muzafun ileyh muzaf & fail Fəil

رَأَيْتُ صَدِيقَ مُحَمَّدٍ

Məhəmmədin dostunu gördüm

مُحَمَّدٍ صَدِيقَ رَأَيْتُ
muzafun ileyh muzaf & məf'ul Fəil+fail

سَلَّمْتُ عَلَى صَدِيقِ مُحَمَّدٍ

Məhəmmədin dostuna salam verdim

مُحَمَّدٍ صَدِيقِ عَلَى سَلَّمْتُ
muzafun ileyh muzaf & məcrur h. cərr fəil+fail

*Muzaf, təsniyə və ya cəmi müzəkkər salim olarsa, sonunda olan nun hərfi düşər;

-Təsniyə halı;

جَاءَ مُعَلِّمَا الْمَدْرَسَةِ

Məktəbin iki müəllimi gəldi

الْمَدْرَسَةِ مُعَلِّمَا جَاءَ
muzafun ileyh muzaf & fail Fəil

رَأَيْتُ مُعَلِّمَيِ الْمَدْرَسَةِ

Məktəbin iki müəllimini gördüm

الْمَدْرَسَةِ مُعَلِّمَيِ رَأَيْتُ
muzafun ileyh muzaf & məf'ul Fəil+fail

سَلَّمْتُ عَلَى مُعَلِّمَيِ الْمَدْرَسَةِ

Məktəbin iki müəlliminə salam verdim

الْمَدْرَسَةِ مُعَلِّمَيِ عَلَى سَلَّمْتُ
muzafun ileyh muzaf & məcrur h. cərr fəil+fail

-Cəmi halı;

جَاءَ مُعَلِّمُو الْمَدْرَسَةِ

Məktəbin müəllimləri gəldi

الْمَدْرَسَةِ مُعَلِّمُو جَاءَ
muzafun ileyh muzaf & fail Fəil

رَأَيْتُ مُعَلِّمِيِ الْمَدْرَسَةِ

Məktəbin müəllimlərini gördüm

الْمَدْرَسَةِ مُعَلِّمِيِ رَأَيْتُ
muzafun ileyh muzaf & məf'ul Fəil+fail

سَلَّمْتُ عَلَى مُعَلِّمِيِ الْمَدْرَسَةِ

Məktəbin müəllimlərinə salam verdim

الْمَدْرَسَةِ مُعَلِّمِيِ عَلَى سَلَّمْتُ
muzafun ileyh muzaf & məcrur h. cərr fəil+fail

*İzafət ikidən çox isimdə də baş verir, buna zəncirvari isim birləşməsi deyilir;

بَابُ حَدِيقَةِ الْبَيْتِ

Evin bağçasının qapısı

الْبَيْتِ حَدِيقَةِ بَابُ
muzafun ileyh muzaf & muzafun ileyh muzaf

بَابُ حَدِيقَةِ بَيْتٍ

(Hər hansı bir) evin bağçasının qapısı

بَيْتٍ حَدِيقَةِ بَابُ
muzafun ileyh muzaf & muzafun ileyh muzaf
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 1. İzafət & Muzafun İleyh
🎓
Xoş gəldiniz! Sual soruşun!