17. İşğal
Məful feilindən əvvəl gəlir və ondan sonra da əvvəldə gələn bu məfula dönən bir zamirin birləşdiyi feil gəlir. Məhz bu halda məfula vurğu verilərək feil qeyd olunur. Məful əvvələ gəldiyinə görə mübtəda vəziyyətində olur və damməli olmalıdır;
اَلْخُبْزُ أَكَلْتُهُ
Çörəyi yedim
*Əgər feil əvvəldə olsaydı cümləmiz belə olardı;
أَكَلْتُ الْخُبْزَ
Çörəyi yedim
İlk nümunədə göründüyü kimi məful əvvələ keçib mübtəda mövqeyinə gəldi və damməli oldu, sonra ona təsir edən feil gəldi və feilin ona dönməsi üçün eyni cinsdən bir zamir feilə birləşdi. Hər iki istifadə forması da geniş yayılıb. Əvvələ keçən məful damməli olduğu kimi, fətəli də ola bilər;
اَلْخُبْزَ أَكَلْتُهُ
Çörəyi yedim
Nümunələrdəki kimi feildən əvvəl gələn mənsub məfulun-bihə iştiğal və feildən əvvəl gələn damməli məfulun-bihə məşgulun anh deyilir.
Feildən əvvəl gələn damməli məfulun-bih, yəni məşgulun anh bəzən mənsub da ola bilər. Təbii, bu halın olması üçün məşgulun anhdan əvvəl bir şərt, təşviq və ya sual ədatı olmalıdır;
Şərt ədatı gələrsə;
إِنْ أَحْمَدَ فَسَلِّمْ عَلَيْهِ
Əhmədi görsən salam ver
Bu cümlədə "Əhmədə" sözü məşgulun anh olmaq üzrə əvvəlinə şərt ədatı daxil olduğu üçün mənsubdur. Bu cümlənin əsli;
إِنْ رَأَيْتَ اَحْمَدَ فَسَلِّمْ عَلَيْهِ
Əhmədi görsən salam ver
Təşviq ədatı gələrsə;
هَلاَّ الشَّرَّ تَجَنَّيْتَهُ
Kaş ki pislikdən çəkinəydin
Bu cümlədə "əş-şərri" sözü məşgulun anh olmaq üzrə əvvəlinə təşviq ədatı daxil olduğu üçün mənsubdur. Bu cümlənin əsli;
هَلاَّ تَجَنَّيْتَ الشَّرَّ
Kaş ki pislikdən çəkinəydin
Sual ədatı gələrsə;
هَلِ الْخَبَرَ سَمِعْتَهُ
Xəbəri eşitdinmi?
Bu cümlədə "əl-xəbərə" sözü məşgulun anh olmaq üzrə əvvəlinə sual ədatı daxil olduğu üçün mənsubdur. Bu cümlənin əsli;
هَلْ سَمِعْتَ الْخَبَرَ
Xəbəri eşitdinmi?