16. İxtisas
Bir isim cümləsində mübtədadan sonra gələn mənsub bir ismin ona aid olmasını ifadə etməsidir. İsim cümləsində xəbərin ifadə etdiyi məna isə həmin mənsub ismə yönəlib.
أَنْتُمْ الْمُؤْمِنِينَ لاَ تَخَافُوا
Siz – iman edənlər, qorxmayın.
بِكَ اللهَ أَرْجُو الرَّحْمَةَ
Səndən, Allahım, rəhmət umuram
اَلْحَمْدُ للهِ الْحَمِيدَ
Həmd Allaha məxsusdur
اَلْمُلْكُ للهِ صَاحِبَ الْمُلْكِ
Mülk, mülk sahibi olan Allaha məxsusdur
وَ امْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ
Onun arvadı odun daşıyandır
جَاءَنِي زَيْدٌ اَلْفَقِيرَ
Fəqir Zeyd mənim yanıma gəldi
سَلَّمْتُ عَلَيْهِ الْمِسْكِينَ
Ona salam verdim – yəni, yazığa
*Məsələlərdəki mənsub isimlər mübtədada olan xüsusiyyətlərdir. Bu mənsub isimlərə "mahsus" deyilir. Özünə ixtisaslıq aid edilən mübtədada isə "mahsusun əleyh" deyilir.
| الْمِسْكِينَ | عَلَيْهِ | سَلَّمْتُ |
| mahsus | h.cerr + əvəzlik | fel+fail |
| Ona salam verdim – yəni, yazığa | ||
Yuxarıdakı cədvəldə failin etdiyi fel bir hərf-i cerr vasitəsilə bir əvəzliyə aid edilmişdir. Özünə failin felinin təsir etdiyi şəxsi "mahsus" adlandırdığımız mənsub isimlə ifadə edirik və bu xüsusiyyəti ona aid edirik. Bu mahsusun məful olmasının səbəbi, ixtisar edilmiş bir felin (yəni, "ki, nəzərdə tuturam ki" kimi fellərdən hər hansı biri) məfulu olmasındandır. Məsəldə bu fel ixtisar olunub. Mənsub olan mahsusdan bu felin mənasını çıxara bilirik.
Cədvəldəki cümlənin əsli;
سَلَّمْتُ عَلَيْهِ أَعْنِي الْمِسْكِينَ
Ona salam verdim, yəni yazığı nəzərdə tuturam
سَلَّمْتُ عَلَيْهِ أَخُصُّ الْمِسْكِينَ
Ona salam verdim, yəni yazığı aid etdiyim şəxsə
Yuxarıdakı cümlələrdə أَعْنِي və أَخُصُّ kimi izahedici fel və ədatlar ixtisar olunub.