15. Tahzir «Xəbərdarlıq»
İğra'nın tam əksi olaraq, qarşı tərəfi bir şeydən və ya bir işdən çəkindirməyə, xəbərdar etməyə tahzir deyilir. Tahzir aşağıdakı kimi 4 şəkildə baş verə bilər;
1.Çəkindirilməsi lazım olan iş və ya əməl əlif-lamlı olmalı və əvvəlinə də إِيَّاكَ وَ söz birləşməsi gətirilməlidir;
إِيَّاكَ وَ نَسْتَعِينَ
Yalnız Sənə ibadət edirik
*Burada "iyyake və" söz birləşməsindən sonra əlif-lamlı isim gəlməməsi, marifə olaraq gələn muzari feil ilə əlaqədardır.
إِيَّاكَ وَ الْكَذِبَ
Yalandan uzaq ol! Qətiyyən yalan danışma
إِيَّاكَ وَ الْإِفْتِرَاءَ
İftira atmaqdan uzaq ol! İftiradan çəkin
إِيَّاكُمْ وَ الْحَسَدَ
Həsəddən uzaq olun, Qətiyyən həsəd etməyin! Hədis-i şərif
*İyya ədatından sonra müxatəb və ya müxatəbə aid müttəsil zamir gətirilməlidir.
إِيَّاكَ وَ الْأَسَدَ
Şirə diqqət et, Şirdən uzaq ol!
إِيَّاكَ وَ كُلَّ أَمْرٍ يَعْتَذَرُ مِنْهُ
Üzr istəniləcək hər bir işdən uzaq ol! Hədis-i şərif
2.Çəkindirilməsi lazım olan iş və ya əməl əlif-lamlı olmalı və əvvəlinə də إِيَّاكَ مِنْ söz birləşməsi gətirilməlidir;
إِيَّاكَ مِنَ الْحَسَدِ
Həsəddən uzaq olun, Qətiyyən həsəd etməyin!
إِيَّاكَ مِنَ الْإِثْمِ
Günahdan özünü qoru. Günahdan uzaq dur!
*Yuxarıdakı misallarda "və" əvəzinə "min" gətirərək eyni mənanı əldə edirik, lakin "min" hərf-i cər olduğu üçün önünə aldığı ismi məksur edir, buna diqqət edək. Eyni şəkildə, iyya-dan sonra müxatəb və müxatəbə müttəsil zamir gəlir;
إِيَّاكُمَا مِنَ الْعَدَاوَةِ
Siz ikiniz düşmənçilik etməyin!
إِيَّاكُمْ مِنَ الْعَدَاوَةِ
Sizlər düşmənçilik etməyin!
3.Çəkindirilməsi lazım olan iş və ya əməl feil cümləsi olmalı və əvvəlinə də إِيَّاكَ وَ أَنْ söz birləşməsi gətirilməlidir;
إِيَّاكَ وَ أَنْ تَشْرَبَ الشَّايَ
Çay içməkdən çəkinməlisən.
إِيَّاكَ وَ أَنْ تَشْتَغِلَ بِمَا لاَ يَعْنِيكَ
Səni maraqlandırmayan işlərlə məşğul olma
4.Çəkindirilməsi lazım olan iş və ya əmələ müxatəb və ya müxatəbə zamiri əlavə etməklə əldə edilir;
يَدَكَ وَ الْبَابَ
Əlini qapını sıxmaqdan qoru. Əlin qapıya sıxılmasın, əlinə diqqət et!
رَأْسَكَ وَ الْحَجَرَ
Başını daşdan qoru! Daşa diqqət et, başına dəyməsin!