14. İğra
İğra, lüğətdə təşviq etmək deməkdir. Yəni qarşı tərəfi bir işə sövq etmək, həvəsləndirmək, təşviq etməkdir. İğra 2 şəkildə edilə bilər;
1.Kəlmənin əvvəlinə elif-lam gətirilib, sözün mənsubluq halında olması ilə edilə bilər;
اَلتَّفْكِيرَ
Düşünmək lazımdır, düşünməyi tövsiyə edirəm
اَلتَّسْلِيمَ
Təslim olmaq lazımdır, təslim olmağı məsləhət görürəm
Mənsub olan ismin əvvəlinə عَلَيْكَ بِ və ya يَنْبَغِي gələ bilər;
عَلَيْكَ بِاتَّفْكِيرِ
Düşünməlisən
يَنْبَغِي لَكَ التَّفْكِيرُ
Düşünməyin gərəkdir
2.Edilməsi istənilən şeyin təkrar edilməsi ilə olur;
اَلْقِيَامَ اَلْقِيَامَ
Qalxmalısan (qalx qalx)
اَلْعَمَلَ اَلْعَمَلَ
İşləməlisən (işlə işlə)