12. Təəccüb "Şaşırma" Felləri
Bir vəziyyət və ya hal qarşısında şifahi şəkildə təəccüb və ya heyrət ifadə edən fellərə təəccüb felləri deyilir. Sarf biliklərindən də xatırlayacağınız kimi təəccüb felləri təəccüb ül-əvvəl və təəccüb üs-sani olmaqla iki yerə bölünür;
| Təəccüb | 1.Növ | 2.Növ |
| Vəzin | مَا أَفْعَلَ | أَفْعِلْ بِهِ |
| Mövzun | مَا أَجْهَلَ | أَجْهِلْ بِهِ |
مَا أَفْعَلَ kalıbından sonra gələn isim mənsub olur;
مَا اَسْعَدَ الصَّالِحَ
Saleh olan insan nə xoşbəxtdir!
مَا أَكْرَمَكَ
Nə səxavətlisən!
مَا أَجْمَلَكَ
Nə gözəlsən!
مَا أَعْلَمَ الْمُعَلِّمَ
Müəllim nə qədər biliklidi!
مَا أَجْهَلَ الرَّجُلَ
Nə cahil adam!
أَفْعِلْ بِـ kalıbından sonra zamir və ya isim gətirilir;
أَشْدِدْ بِهِ
Nə qədər şiddətlidir
أَجْهِلْ بِكَ
Nə cahilsən
أَغْفِلْ بِكُمْ
Nə qədər də qəflətdəsiniz
أَحْسِنْ بِهِمَا
İkisi nə gözəldir
أَعْلِمْ بِنِي
Nə qədər bilikliyəm
Yuxarıdakı vəzinlərdən başqa aşağıdakı kalıp da istifadə olunur;
| رَجُلٍ | مِنْ | لَهُ | يَا |
| Nə adam amma | |||
| عَالِمٍ | مِنْ | لَهُ | يَا |
| Nə alim amma | |||
| مُعَلِّمَةٍ | مِنْ | لَهَا | يَا |
| Nə müəllimə amma | |||
| أَبْطَالٍ | مِنْ | لَهُمْ | يَا |
| Nə qəhrəman insanlar belə | |||
| سَيَّارَةٍ | مِنْ | لَهَا | يَا |
| Nə maşın amma | |||
Aşağıdakı kalıplar önlərinə mənsub məsdər alır və mənanı məsdərdən sonra gələn ismə yönəldirlər. Bu mənsub məsdərlər əvvəllərinə hərfi-cər aldıqları halda məksur olurlar;
| Vəzinlər | أَفْعِلْ بِهِ | مَا أَفْعَلَ |
| Nə şiddətli | أَشْدِدْ بِهِ | مَا أَشَدَّ |
| Nə çox | أَكْثِرْ بِهِ | مَا أَكْثَرَ |
| Nə az | أَقْلِلْ بِهِ | مَا أَقَلَّ |
مَا أَشَدَّ انْفِجَارَ الْقُنْبُلَةِ
Bombanın partlaması nə qədər şiddətli idi!
مَا أَكْثَرَ اصْطِيَادَ الصَّيَّادِ
Ovçunun ovlaması nə qədər çoxdur
مَا أَقَلَّ اجْتِمَاعَ النَّاسِ
İnsanların bir yerə toplanması nə qədər azdır