Cəmi Müzekkər Səlim
Axırına (ref halında) vav və fətxəli bir nun və ya (nasb halında) ya və fətxəli bir nun birləşən isimlərə cemi müzekker salim isimlər deyilir.
| Müfrəd | Vav+Nun | Vav+Ya |
| عَالِمٌ | عَالِمُونَ | عَالَمِينَ |
| فَاتِحٌ | فَاتِحُونَ | فَاتِحِينَ |
| آمِنٌ | آمِنُونَ | آمِنِينَ |
| سَابِقٌ | سَابِقُونَ | سَابِقِينَ |
| زَيْدٌ | زَيْدُونَ | زَيْدِينَ |
İndi cemi müzekker salim ola bilməyən isimləri və onların xüsusiyyətlərini görək;
- Vav və nun ilə cemi olacaq isimdə ta-i tənis ola bilməz
- Vav və nun ilə cemi olacaq isim müzekker olmalıdır
- Vav və nun ilə cemi olacaq isim ağıl sahibi (ağıl isim) olmalıdır
| Cemi Müzekker Ola Bilməyən İsimlər | ||
| 1. Maddə | طَلْحَةٌ | عَلاَّمَةٌ |
| 2. Maddə | زَيْنَبُ | نَارٌ |
| 3. Maddə | سِيبَوَيْهِ | مَعْدِيكَرَبَ |
Yuxarıda qeyd olunan isim növlərindən başqa bütün isimlərdə müfrəd müzekker bir isim sonuna vav və fətxəli bir nun hərfi alaraq cemi müzekker salim formasına girir və cəm (çoxluq) olur. Ərəbcədə İrab dərslərində izah edildiyi kimi, cemi müzekker salim olan isimlərdə bəzi irab qaydaları var. Bu da həmin cemi müzekker salim ismin ref halında vav hərfinin sabit qalması, nasb və cerr halında isə o vav hərfinin ya hərfinə çevrilməsi və vavdan çevrilən ya hərfinin əvvəlindəki hərfin də kəsrəli olmasıdır, misallara baxaq;
| Müfrəd Müzekker | عَالِمٌ | كَافِرٌ |
| Ref Halında Cəmisi | عَالِمُونَ | كَافِرُونَ |
| Nasb Halında Cəmisi | عَالِمِينَ | كَافِرِينَ |
| Cerr Halında Cəmisi | عَالِمينَ | كَافِرِينَ |
Cədvəldə göründüyü kimi verilən iki misalda müfrəd müzekker isimlər cemi müzekker salim formasına salınanda sonlarına vav və fətxəli nun əlavə olundu, bu onların ref halındakı cəm əlamətidir. Eyni isimlərdə nasb və cerr əlaməti olduqda isə ya və fətxəli nun əlavə olundu. Yuxarıdakı isimləri cümlə içində görək;
جَاءَ الْعَالِمُونَ إِلَى الْمَسْجِدِ
Alimlər məscidə gəldi
رَأَيْتُ الْعَالِمِينَ فِي الْمَسْجِدِ
Məsciddə alimləri gördüm
سَلَّمْتُ عَلَى الْعَالِمِينَ فِي الْمَسْجِدِ
Məsciddə alimlərə salam verdim
*Birinci misalda "alimlər gəldi" ifadəsində alimlər faildir, faillər isə mərfuata aiddir. Buna görə faillərin ref əlaməti cemi müzekker salim olan isimlərdə vav ilə olur.
*İkinci misalda "Alimləri gördüm" ifadəsində alimlər sözü görmək işindən təsirləndiyi üçün məf'uldur və mənsubatdandır. Buna görə məf'ulların nasb əlaməti cemi müzekker salim olan isimlərdə vav hərfinin ya hərfinə çevrilməsi ilə olur.
*Üçüncü misalda isə "alimlərə salam verdim" ifadəsində alimlər sözü bir hərf-i cerr ilə məcrur olub. Buna görə məcrurların cerr əlaməti cemi müzekker salim kimi isimlərdə vav hərfinin ya hərfinə çevrilməsi ilə olur.