Cəmi "Çoğul" İsimlər
Cəmi "çoxluq" isimlər müzekkər və müənnəs olmaqla 2 cinsə bölünür. Bu 2 cinsin hər birində isə müzekkər və müənnəs üçün salim və təksir olmaqla iki yerə ayrılır.
Cəmi Müzekkər Salim: Sonuna vav və nun əlavə olunaraq cəmi olan isimlərdir. Salim demək, bu quruluşun qaydalı olduğunu bildirir.
Cəmi Müzekkər Müəksər: Ləfzən və təqdirən müfrəd formasından fərqli olan cəmi isimlərdir. Salim kimi vav və nun qəbul etmirlər, özlərinə məxsus vəzinləri var. Müəksər adlandırılmasının səbəbi isə "qırıq", yəni əsil formasından fərqli olmasıdır.
| Cəmi İsimlər | ||
| Müfrəd | Cəmi Salim | Cəmi Müəksər |
| طَالِبٌ | طَالِبُونَ | طُلَّابٌ |
Cəmi Müənnəs Salim: Sonuna elif və te əlavə olunaraq cəmi olan isimlərdir. Salim demək, bu quruluşun qaydalı olduğunu bildirir.
Cəmi Müənnəs Müəksərə: Ləfzən və təqdirən müfrəd formasından fərqli olan cəmi isimlərdir. Salim kimi elif və te qəbul etmirlər, özlərinə məxsus vəzinləri var. Müəksərə adlandırılmasının səbəbi isə "qırıq", yəni əsil formasından fərqli olmasıdır.
| Cəmi İsimlər | ||
| Müfrəd | Cəmi Salim | Cəmi Müəksərə |
| عَامِلَةٌ | عَامِلاَتٌ | عَوَامِلُ |