Özündə İdğam mümteni olan sözlər

İdqamın mümteni, yəni qadağan olunduğu sözlər iki cür olur;

1. Növ

Fiil-i təəccüb üs-sani vəznində yanaşı olan eyni növdən 2 hərfdə idqam mümtenidir.

Fiil-i təəccüb üs-sani أَفْعِلْ
nə şiddətli أَشْدِدْ بِـ
nə sevimli أَحْبِبْ بِـ

2. Növ

Hərəkəli mərfu zamirin birləşdirildiyi mudaf feilərdə idqam mümtenidir. Lâm əl-feil birləşdirilən mərfu zamirə görə sakit olduğu üçün arizi bir sükun yaranır və idqam mümtenidir; Aşağıdakı cədvəldə mudaf bir sülasi feilinin məlum mazi şəkillərindən idqamın mümteni olduğu feil formaları göstərilib, qalan siğələrdə idqam vacibdir.

Cəmi müənnəs qaibə مَدَدْنَ
Müfrəd müzəkkər müxatəb مَدَدْتَ
Təsniyə müzəkkər müxatəb مَدَدْتُمَا
Cəmi müzəkkər müxatəb مَدَدْتُمْ
Müfrəd müənnəs müxatəbə مَدَدْتِ
Təsniyə müənnəs müxatəbə مَدَدْتُمَا
Cəmi müənnəs müxatəbə مَدَدْتُنَّ
Nəfs-i mütəkəllim vəhdə مَدَدْتُ
Nəfs-i mütəkəllim məəl ğayr مَدَدْنَا
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Özündə İdğam mümteni olan sözlər
🎓
Xoş gəldiniz! Sual soruşun!