Özündə İdğam vacib olan sözlər

Özündə İdğam caiz olan sözlər 2 növdür

1.Növ

Eyni cinsdən olan 2 hərfin birincisi səkin, ikincisi isə hərəkəli olan mudâaf sözlərdə vacib idğam tələb olunur.

Sözümüz مَدٌّ
Əslində مَدْدٌ
Birinci səkin dal ikinciyə idğam olundu مَدٌّ

2.Növ

Eyni cinsdən olan 2 hərfin hər ikisi də hərəkəli olan mudâaf sözlərdə də vacib idğam tələb olunur. Bu halda lazım olan idğam qaydası belədir: "Eyni növdən olan iki hərf bir sözün içində bir araya gələrsə və hər ikisi də hərəkəli olarsa, birincinin ikinciyə idğam olunması üçün birinci hərf səkin edilir." Bu qaydaya əsasən, aşağıdakı misalda fətəli olan 1-ci dal hərfi səkin edilmiş və sonra 2-ci hərəkəli olan dal hərfinə idğam olunmuşdur.

Sözümüz مَدَّ
Əslində مَدَدَ
Birinci dal səkin edildi مَدْدَ
Birinci səkin dal ikinciyə idğam olundu مَدَّ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Özündə İdğam vacib olan sözlər
🎓
Xoş gəldiniz! Sual soruşun!