Mudaaf "Şəddəli" olan fellər
Mudaâf: Əsas hərflərində təkrar olunan, yəni şəddəli hərf olan feilərə mudaâf feil deyilir, məsələn; مَدَّ "meddə-uzatdı" kimi, əsli مَدَدَ –dir. Mudaâf olan sözlər 2 yerə bölünür;
| Mudaâf | |
| 1. Hissə | 2. Hissə |
| Sülasi Mücerred | Rubai Mücerred |
| Sülasi Mezid | Rubai Mezid |
Sülasi Mudaâf
Sülasi mücerred və ya mezid olan bir sözün ayn əl-feili ilə lam əl-feili eyni növdən olarsa, bu sözə sülasi mudaâf deyilir, məsələn;
| Sülasi Mücerred | Sülasi Mezid |
| مَدَّ | تَمَادُّ |
Sülasi Mudaâf
Rubai mücerred və ya mezid olan bir sözün fa əl-feili ilə birinci lam əl-feili, ayn əl-feili ilə də ikinci lam əl-feili eyni növdən olarsa, bu sözə rubai mudaâf deyilir, məsələn;
| Rubai Mücerred | Rubai Mezid |
| وَسْوَسَ | تَوَسْوَسَ |
Rubai mudaâf olan feilər, səhih feilər kimi olur. Hər hansı bir i'lal prosesi yoxdur. Buna görə də bu tip sözlərin təsrifləri yalnız "tasrifat" başlığı altında veriləcək, burada qeyd olunmayacaq. Lakin sülasi mudaâfda bəzi i'lal və idğam qaydaları mövcuddur, bunları ardıcıllıqla öyrənəcəyik. Əvvəlcə sülasi mudaâf adlandırdığımız feilərin klassik "6 sülasi mücerred" babdan və sülasi mezid olan digər bablardan hansılardan gəldiyini aşağıdakı cədvəllərdə görək.
| Sülasi Mücerred Mudaâf | |||
| Bablar | Mazi | Muzari | Masdar |
|
1.Bab uzatdı |
مَدَّ | يَمُدُّ | مَدٌّ |
| مَدَدَ | يَمْدُدُ | ||
|
2.Bab qaçdı |
فَرَّ | يَفِرُّ | فِرَارٌ |
| فَرَرَ | يَفْرِرُ | ||
|
4.Bab dişlədi |
عَضَّ | يَعَضُّ | عَضٌّ |
| عَضِضَ | يَعْضَضُ | ||
|
5.Bab iqamət etdi |
لَبَّ | يَلُبُّ | لُبُوبٌ |
| لَبُبَ | يَلْبُبُ | ||
Cədvəldə qalın yazılan feil formaları idğama uğramış, yəni feilinin son halı olan sözlərdir, altındakı açıq yazılanlar isə idğamsız, yəni feilinin əsas formalarıdır.
| Sülasi Mezid Mudaâf | |||
| Bablar | Mazi | Muzari | Masdar |
|
إِفْعَالْ hazırladı |
أَعَدَّ | يُعِدُّ | إِعْدَادًا |
| أَعْدَدَ | يُعْدِدُ | ||
|
تَفْعِيلْ çəkib uzatdı |
مَدَّدَ | يُمَدِّدُ | تَمْدِيدًا |
| مَدَّدَ | يُمَدِّدُ | ||
|
مُفَاعَلَه özünə çəkdi |
مَادَّ | يُمَادُّ | مُمَادَّةً |
| مَادَدَ | يُمَادِدُ | ||
|
إِنْفِعَالْ yarıldı |
إِنْقَدَّ | يَنْقَادُّ | إِنْقِدَادًا |
| إِنْقَدَدَ | يَنْقَدِدُ | ||
|
إِفْتِعَالْ əhəmiyyət verdi |
إِعْتَدَّ | يَعْتَدُّ | إِعْتِدَادًا |
| إِعْتَدَدَ | يَعْتَدِدُ | ||
|
تَفَعُّلْ çəkilib yayıldı |
تَمَدَّدَ | يَتَمَدَّدُ | تَمَدُّدًا |
| تَمَدَّدَ | يَتَمَدَّدُ | ||
|
تَفَاعُلْ bir-birinə çəkildi |
تَمَادُّ | يَتَمَادُّ | تَمَادًّا |
| تَمَادَدَ | يَتَمَادَدُ | ||
|
إِسْتِفْعَالْ hazır olub gözlədi |
إِسْتَعَدَّ | يَسْتَعِدُّ | إِسْتِعْدَادًا |
| إِسْتَعْدَدَ | يَسْتَعْدِدُ |
Mudaâf olan sözlər idğam baxımından 3 hissəyə bölünür
| 1. Hissə | 2. Hissə | 3. Hissə |
| İdğamın vacib olduğu | İdğamın caiz olduğu | İdğamın mümkün olmadığı |