Naqis felindəki 8-ci İ'lâl əməliyyatı
تَفْعِيلْ “tef’il” babından gələn naqis fellərin mimsiz məsdərilərində daim iki ya hərfi yanaşı gəlir və yüngülləşdirmək üçün ya lâm ul-fil olan ya, ya da artıq olan ya hərfi ixtisar edilir. Bu ixtisardan sonra da sözün sonuna ived ta'sı əlavə olunur. Məsələn; تَغْطِيَةٌ kimi. تَغْطِيَةٌ sözünün əsli تَفْرِيحٌ məsdarı kimi تَفْعِيلٌ vəznindən تَغْطِيوٌ şəklində gəlir. Bundan sonra artıq ya hərfindən sonra gələn vav hərfi ya hərfinə çevrildi və sözümüz تَغْطِييٌ formasını aldı. Paraqrafın əvvəlində qeyd etdiyimiz qaydaya əsasən iki ya hərfi sözün sonunda rast gəlinir və تَغْطِييٌ sözündəki ya hərflərindən hər hansı biri ixtisar edilir və sonuna ived ta'sı əlavə olunaraq sözümüz تَغْطِيَةٌ formasını alır.
| Sözümüz | تَغْطِيَةٌ |
| Əsli | تَغْطِيوٌ |
| Vav ya oldu | تَغْطِييٌ |
| yalardan biri ixtisar edildi | تَغْطِي |
| Sona ived ta'sı əlavə olundu | تَغْطِيَةٌ |