Naqis felindəki 7-ci İ'lâl əməliyyatı
Lâm ul-fiilin əvvəlində olan hərfin yüngüllük üçün lâm ul-fiilə idqam edilməsi aşağıdakı 3 halda baş verir;
1.Hal
Lâm ul-fiil olan hərəkətli vav hərfindən əvvəlki hərfin səkin bir hərf olması halında lâm ul-fiilə idqam edilir. Məsələn; مَغْزُوٌّ ism-i məf’ulu kimi. مَغْزُوٌّ sözünün əsli مَنْصُورٌ kimi مَفْعُولٌ vəznində مَغْزُووٌ şəklində idi. Qaydaya görə eyni cins olan hərflər bir yerə gələrsə və birincisi səkin, ikincisi hərəkətli olarsa, birincinin ikincisinə idqam edilməsi vacib olur. Bu halda sözümüz مَغْزُوٌّ oldu.
| Sözümüz | مَغْزُوٌّ |
| Əsli | مَغْزُووٌ |
| birinci vav ikincisinə idqam oldu | مَغْزُوٌّ |
2.Hal
Lâm ul-fiil olan hərəkətli ya hərfindən əvvəlki hərfin səkin bir ya hərfi olması halında lâm ul-fiilə idqam edilir. Məsələn; كَفِيٌّ kimi. كَفِيٌّ sözü keçmişdə كَفَى və indiki zamanda يَكْفِي feilindən düzələn və فَعِيلٌ vəznində bir sifət-i müşəbbəhedir. كَفِيٌّ sözünün əsli حَكِيمٌ kimi فَعِيلٌ vəznində كَفِييٌ şəklindədir. Qaydaya görə eyni cins hərflər söz daxilində bir yerə gələrsə və birincisi səkin, ikincisi isə hərəkətli olarsa, o halda birincinin ikincisinə idqam edilməsi vacibdir və bu səbəbdən كَفِييٌ olan sözümüz كَفِيٌّ olur.
| Sözümüz | كَفِيٌّ |
| Əsli | كَفِييٌ |
| birinci ya ikincisinə idqam oldu | كَفِيٌّ |
3.Hal
Lâm ul-fiil olan hərəkətli ya hərfindən əvvəlki hərfin səkin bir vav hərfi olması halında o vav hərfi ya hərfinə çevrilir. Məsələn; مَرْمِيٌّ və بَغِيٌّ kimi.
مَرْمِيٌّ sözü keçmişi رَمَى və indiki zamanı يَرْمِي olan feilindən ism-i məf’uldur və əsli مَفْعُولٌ vəznindən مَرْمُويٌ kimidir. Qaydaya görə lâm ul-fiil olan hərəkətli ya hərfindən əvvəlki hərfin səkin bir vav hərfi olması halında o vav hərfi ya hərfinə çevrilir və مَرْمُويٌ sözü مَرْمُييٌ olur. Bundan sonra مَرْمُييٌ sözündə vavdan çevrilmiş ya hərfinin əvvəlində dammalı hərf olduğu üçün yenidən vav hərfinə çevrilməməsi üçün əvvəlki dammalı hərfin hərəkəsini ya hərfinə uyğun olaraq kəsrəli edirik və sözümüz مَرْمِييٌ olur. Sonra isə, bir sözdə eyni cins iki hərf yanaşı gələrsə və birincisi səkin, ikincisi hərəkətli olarsa, o halda birinci hərfin ikinciyə idqam edilməsi vacib olur və vavdan çevrilmiş səkin ya, hərəkətli olan ya hərfinə idqam edilərək مَرْمِيٌّ formasını alır.
| Sözümüz | مَرْمِيٌّ |
| Əsli | مَرْمُويٌ |
| vav ya oldu | مَرْمُييٌ |
| ayn ul-fiil kəsrələndi | مَرْمِييٌ |
| ya idqam edildi | مَرْمِيٌّ |
بَغِيٌّ sözü keçmişi بَغَى və indiki zamanı يَبْغِي olan feilindən sifət-i müşəbbəhedir və əsli فَعُولٌ vəznindən بَغُويٌ kimidir. Qaydaya görə lâm ul-fiil olan hərəkətli ya hərfindən əvvəlki hərfin səkin bir vav hərfi olması halında o vav hərfi ya hərfinə çevrilir və بَغُويٌ sözü بَغُييٌ olur. Bundan sonra بَغُييٌ sözündə vavdan çevrilmiş ya hərfinin əvvəlində dammalı hərf olduğu üçün yenidən vav hərfinə çevrilməməsi üçün əvvəlki dammalı hərfin hərəkəsini ya hərfinə uyğun olaraq kəsrəli edirik və sözümüz بَغِييٌ olur. Sonra isə, bir sözdə eyni cins iki hərf yanaşı gələrsə və birincisi səkin, ikincisi hərəkətli olarsa, o halda birinci hərfin ikinciyə idqam edilməsi vacib olur və vavdan çevrilmiş səkin ya, hərəkətli olan ya hərfinə idqam edilərək بَغِيٌّ formasını alır.
| Sözümüz | بَغِيٌّ |
| Əsli | بَغُويٌ |
| vav ya oldu | بَغُييٌ |
| ayn ul-fiil kəsrələndi | بَغِييٌ |
| ya idqam edildi | بَغِيٌّ |