Naqis felindəki 6-cı İ'lâl əməliyyatı

Nakıs olan muzari feilinin əvvəlinə cəzm edən ədatlardan (15 dənə) biri gəldikdə, həmin nakıs fiillərdən müfrəd müzekkər qaib, müfrəd müənnəs qaibə, müfrəd müzekkər müxatəb və nəfs-i mütəkəllim vahdə siğələrinin sonunda olan illət hərfi hazf edilir. Cəzm edən ədad kimi mənaca cəzm edən əmr-i hazır siğasında da müfrəd müzekkər müxatəb siğasında nakıs fiillərin sonundakı illət hərfi hazf olunur.

Nakıs Muzari Fiil Cəzm ədadı gələndə
يَغْزُو لَمْ يَغْزُ
يَرْمِي لَمْ يَرْمِ
يَخْشَى لَمْ يَخْشَ

Cədvəlin sol tərəfində cəzm və nəsb edən ədadlarsız olan nakıs muzari fiillərin sonundakı illət hərfləri, cədvəlin sağında isə cəzm edən ədadlardan cəhd-i mutlaq ədadı gəldikdə, sonundakı illət hərfi hazf olunub. Əgər cəzm edən ədadlardan biri gəlsəydi, o zaman illət hərfləri hazf olunmaz, fətxəli olardı.

Nakıs Muzari Fiil Nəsb ədadı gələndə
يَغْزُو لَنْ يَغْزُوَ
يَرْمِي لَنْ يَرْمِيَ
يَخْشَى لَنْ يَخْشَيَ

Cədvəldə göründüyü kimi, nəsb edən bir ədad gəldikdə nakıs fiillərdəki illət hərfi hazf olunmur. Çünki fətxə hərəkəsi illət hərflərinin daşıya biləcəyi bir hərfdir.

Müfrəd Müzekkər Muxatəb Əmr-i Hazır
تَغْزُو أُغْزُ
تَرْمِي إِرْمِ
تَخْشَى إِخْشَ

Cədvəlin sol tərəfində nakıs fiillərdən müfrəd müzekkər müxatəb siğaları göstərilib. Bu siğalardan əmr-i hazır düzəldəcəyimiz zaman son hərfləri cəzm olunduğuna görə sonundakı illət hərfləri hazf edilir və əvvəlinə vəsilə həmzəsi əlavə olunaraq sağdakı formada əmr-i hazır siğası yaranır.

Yuxarıda qeyd olunan və cəzm edən ədad daxil olduqda nakıs fiillərdən illət hərfinin düşməsi, tə'kid nununun (müşəddəd və ya müxəffəf) əlavə olunması ilə ləğv olunur və siğaya əlavə edilərək tələffüz edilir;

Məczum fiillər Nun-u Muxəffəf Nun-u Müşəddəd
أُغْزُ أُغْزُوَنْ أُغْزُوَنَّ
إِرْمِ إِرْمِيَنْ إِرْمِيَنَّ
إِخْشَ إِخْشَيَنْ إِخْشَيَنَّ
لاَ يَغْزُ لاَ يَغْزُوَنْ لاَ يَغْزُوَنَّ
لاَ يَرْمِ لاَ يَرْمِيَنْ لاَ يَرْمِيَنَّ
لاَ يَخْشَ لاَ يَخْشَيَنْ لاَ يَخْشَيَنَّ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Naqis felindəki 6-cı İ'lâl əməliyyatı
🎓
Xoş gəldiniz! Sual soruşun!