Naqis felindəki 5-ci İ'lâl əməliyyatı

İsimlərdəki lâm ul-fiil vav və ya ya hərflərinin əvvəlindəki hərfin damməli bir hərf olması halında, həmin damməli hərfin hərəkəsi təxfif üçün kəsrəyə çevrilir.

تَجَلٍّ اَلتَّجَلِّي
تَصَدٍّ اَلتَّصَدِّي
تَعَاطٍ اَلتَّعَاطِي
تَرَامٍ اَلتَّرَامِي

اَلتَّجَلَّي sözünün əsli اَلتَّكَلُّمُ kimi اَلتَّفَعُّلُ vəznində اَلتَّجَلُّوُ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və اَلتَّجَلُّوُ sözümüz اَلتَّجَلِّوُ olur. Sonrakı qaydaya görə lâm ul-fiil vav olan naqis feilərdə vav hərfinin mə qablinə gələn hərf kəsrəli olarsa, o vav hərfi ya hərfinə çevrilir və sözümüz اَلتَّجَلِّيُ olur. Bundan sonra vav hərfindən çevrilmiş ya hərfinin hərəkəsi hazf olunur və sözümüz اَلتَّجَلِّي son halını alır.

Sözümüz اَلتَّجَلَّى
Əsli اَلتَّجَلُّوُ
Təxfif üçün ayn ul-fiil kəsrələndi اَلتَّجَلِّوُ
Vav ya'ya çevrildi اَلتَّجَلِّيُ
Ya sakin oldu اَلتَّجَلِّي

تَجَلٍّ sözünün əsli تَكَلُّمٌ kimi تَفَعُّلٌ vəznində تَجَلُّوٌ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və تَجَلُّوٌ sözümüz تَجَلُّيٌ olur. Lâm ul-fiil vav hərfindən çevrilmiş ya hərfinin mə qablinə gələn hərf təxfif üçün kəsrələnir və sözümüz تَجَلِّيٌ olur. Sonrakı qaydaya görə lâm ul-fiil vav və ya ya hərfləri damməli və ya kəsrəli olarsa və mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfləri təxfif üçün sakin olurlar və تَجَلُّيٌ sözümüzdəki vav hərfindən çevrilmiş ya hərfi sakin olaraq sözümüz تَجَلِّين halını alır. Bu halda vav hərfindən çevrilmiş sakin ya ilə sakin nun olan tənvin hərfi iki sakin hərf kimi bir araya gəlir və iki sakin bir yerdə olması caiz olmadığından vavdan çevrilmiş ya hərfi hazf olunur və sözümüz تَجَلٍّ şəklində ortaya çıxır.

Sözümüz تَجَلٍّ
Əsli تَجَلُّوٌ
Vav ya oldu تَجَلُّيٌ
Ayn ul-fiil kəsrələndi تَجَلِّيٌ
Ya'nın hərəkəsi hazf olundu تَجَلِّين
Sakin ya hazf olundu تَجَلِّن
Tənvin mə qablinin hərəkəsinə qatıldı تَجَلٍّ

اَلتَّصَدِّي sözünün əsli اَلتَّكَلُّمُ kimi اَلتَّفَعُّلُ vəznində اَلتَّصَدُّيُ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə ya hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və اَلتَّصَدُّيُ sözümüz اَلتَّصَدِّيُ olur. Bundan sonra ya hərfinin hərəkəsi hazf olunur və sözümüz اَلتَّصَدِّي son halını alır.

Sözümüz اَلتَّصَدِّي
Əsli اَلتَّصَدُّيُ
Ayn ul-fiil kəsrə oldu اَلتَّصَدِّيُ
Ya sakin oldu اَلتَّصَدِّي

تَصَدٍّ sözünün əsli تَكَلُّمٌ kimi تَفَعُّلٌ vəznində تَصَدُّيٌ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə ya hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və تَصَدُّيٌ sözümüz تَصَدِّيٌ olur. Sonrakı qaydaya görə lâm ul-fiil vav və ya ya hərfləri damməli və ya kəsrəli olarsa və mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfləri təxfif üçün sakin olurlar və تَصَدِّيٌ sözümüzdəki ya hərfi sakin olaraq sözümüz تَصَدِّين halını alır. Bu halda ya ilə sakin nun olan tənvin hərfi iki sakin hərf kimi bir araya gəlir və iki sakin bir yerdə olması caiz olmadığından ya hərfi hazf olunur və sözümüz تَصَدِّن şəklində ortaya çıxır.  Tənvin üçün olan nun isə mə qablinin hərəkəsinə qatılır və sözümüz تَصَدٍّ son halını alır.

Sözümüz تَصَدٍّ
Əsli تَصَدُّيٌ
Ayn ul-fiil kəsrəli oldu تَصَدِّيٌ
Ya sakin oldu تَصَدِّين
Ya hazf olundu تَصَدِّن
Tənvin mə qablinə daxil oldu تَصَدٍّ

اَلتَّعَاطِي sözünün əsli اَلتَّبَاعُدُ kimi اَلتَّفَاعُلُ vəznində اَلتَّعَاطُوُ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və اَلتَّعَاطُوُ sözümüz اَلتَّعَاطِوُ olur. Sonrakı qaydaya görə isə lâm ul-fiil olan vav hərfinin mə qablinə gələn hərf kəsrə olarsa, həmin vav hərfi ya hərfinə çevrilir və اَلتَّعَاطِوُ olan sözümüz اَلتَّعَاطِيُ olur. Lâm ul-fiili damməli və ya kəsrəli olan vav və ya ya hərflərinin mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfi sakin olur qaydası ilə اَلتَّعَاطِيُ sözündəki lâm ul-fiil ya hərfi sakin olur və sözümüz اَلتَّعَاطِي olur.

Sözümüz اَلتَّعَاطِي
Əsli اَلتَّعَاطُوُ
Ayn ul-fiil kəsrələndi اَلتَّعَاطِوُ
Vav ya oldu اَلتَّعَاطِيُ
Ya sakin oldu اَلتَّعَاطِي

تَعَاطٍ sözünün əsli تَبَاعُدٌ kimi تَفَاعُدٌ vəznində تَعَاطُوٌ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav və ya ya hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və تَعَاطُوٌ sözümüz تَعَاطِوٌ olur. Lâm ul-fiil vav hərfinin mə qablinə gələn hərf kəsrəli olarsa, o halda həmin vav hərfi ya hərfinə çevrilir və تَعَاطِوٌ olan sözümüz تَعَاطِيٌ olur. Sonrakı qaydaya görə lâm ul-fiil vav və ya ya hərfləri damməli və ya kəsrəli olarsa və mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfləri təxfif üçün sakin olurlar və تَعَاطِيٌ sözümüzdəki vav hərfindən çevrilmiş ya hərfi sakin olaraq sözümüz تَعَاطِين halını alır. Bu halda vavdan çevrilmiş ya ilə sakin nun olan tənvin hərfi iki sakin hərf kimi bir araya gəlir və iki sakin bir yerdə olması caiz olmadığından ya hərfi hazf olunur və sözümüz تَعَاطِن şəklində ortaya çıxır.  Tənvin üçün olan nun isə mə qablinin hərəkəsinə qatılır və sözümüz تَعَاطٍ son halını alır.

Sözümüz تَعَاطٍ
Əsli تَعَاطُوٌ
Ayn ul-fiil kəsrələndi تَعَاطِوٌ
Vav ya oldu تَعَاطِيٌ
Ya sakin oldu تَعَاطِين
Ya hazf olundu تَعَاطِن
Tənvin mə qablinə qatıldı تَعَاطٍ

اَلتَّرَامِي sözünün əsli اَلتَّبَاعُدُ kimi اَلتَّفَاعُلُ vəznində اَلتَّرَامُيُ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və اَلتَّرَامُيُ sözümüz اَلتَّرَامِيُ olur. Lâm ul-fiili damməli və ya kəsrəli olan vav və ya ya hərflərinin mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfi sakin olur qaydası ilə اَلتَّرَامِيُ sözündəki lâm ul-fiil ya hərfi sakin olur və sözümüz اَلتَّرَامِي olur.

Sözümüz اَلتَّرَامِي
Əsli اَلتَّرَامُيُ
Ayn ul-fiil kəsrələndi اَلتَّرَامِيُ
Ya hazf olundu اَلتَّرَامِي

تَرَامٍ sözünün əsli تَبَاعُدٌ kimi تَفَاعُدٌ vəznində تَرَامُيٌ şəklində idi. Qaydaya görə lâm ul-fiil vav və ya ya olan naqis feilərdə vav və ya ya hərfinin mə qablinə gələn hərf damməli olarsa, həmin hərfin dammə hərəkəsi təxfif üçün kəsrəyə çevrilir və تَرَامُيٌ sözümüz تَرَامِيٌ olur. Sonrakı qaydaya görə lâm ul-fiil vav və ya ya hərfləri damməli və ya kəsrəli olarsa və mə qabillərindəki hərf də damməli və ya kəsrəli olarsa, o halda həmin vav və ya ya hərfləri təxfif üçün sakin olurlar və تَرَامِيٌ sözümüzdəki ya hərfi sakin olaraq sözümüz تَرَامِين halını alır. Bu halda ya ilə sakin nun olan tənvin hərfi iki sakin hərf kimi bir araya gəlir və iki sakin bir yerdə olması caiz olmadığından ya hərfi hazf olunur və sözümüz تَرَامِن şəklində ortaya çıxır.  Tənvin üçün olan nun isə mə qablinin hərəkəsinə qatılır və sözümüz تَرَامٍ son halını alır.

Sözümüz تَرَامٍ
Əsli تَرَامُيٌ
Ayn ul-fiil dammələndi تَرَامِيٌ
Ya sakin oldu تَرَامِين
Ya hazf olundu تَرَامِن
Tənvin mə qablinə daxil oldu تَرَامٍ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Naqis felindəki 5-ci İ'lâl əməliyyatı
🎓
Xoş gəldiniz! Sual soruşun!