Naqis felindəki 1-ci İ'lâl əməliyyatı
Lâm ul-fiil olan vav hərfi aşağıdakı 2 halda ya hərfinə çevrilir;
1.Hal
Lâm ul-fiil olan vav hərfinin əvvəlindəki hərf kəsrəli bir hərf olduqda, vav hərfi ya hərfinə çevrilir. Məsələn; رَضِيَ kimi. رَضِيَ feilinin əsli رَضِوَ şəklində idi, qaydaya görə vav hərfi əvvəlindəki kəsrəli hərfə görə ya hərfinə çevrildi və feilimiz i'lâl əməliyyatından sonra رَضِيَ formasını aldı.
2.Hal
Kəlmənin 4-cü hərfi kimi gələn və lâm ul-fiili vav olan bir kəlmədə, vav hərfinin əvvəlindəki hərf kəsrəli və ya fəthəli olarsa, həmin vav hərfi yüngüllük üçün ya hərfinə çevrilir. Məsələn; أَعْطَيْنَ feilində olduğu kimi. أَعْطَيْنَ feilinin əsli أَعْطَوْنَ şəklində idi, qaydaya görə 4-cü hərfi vav olduğu və əvvəlindəki hərfin hərəkəsi də fətha və ya kəsrə (nümunədə fətha) olduğu üçün vav hərfi ya hərfinə çevrildi və feilimiz i'lâl əməliyyatından sonra أَعْطَيْنَ formasını aldı.
| Qaydalar | Əsl Feil | İ'lâlli Feil |
| Əvvəlindəki hərfi kəsrəli olan vav hərfi ya hərfinə çevrildi | رَضِوَ | رَضِيَ |
| 4-cü hərf olan vav əvvəlindəki hərf fətha və ya kəsrəli olduğu üçün ya hərfinə çevrildi | أَعْطَوْنَ | أَعْطَيْنَ |