9. İstiğasə
İstigase köməyə çağırmaq deməkdir. Yəni birisi üçün birindən kömək istəməkdir. Köməyə çağırılana müstəğasun bih və kömək istənilənə də müstəğasun leh və ya lieclih deyilir. Həmişə müstəğasun bih-in əvvəlində fətəli bir lâm və müstəğasun leh-in də əvvəlində kəsrəli bir lâm hərfi olur. Kömək üçün tərkibin əvvəlinə يَا nida hərfi gəlir.
| لِلْفُقَرَاءِ | لَلْأَغْنِيَاءِ | يَا |
| müstəğasun leh | müstəğasun bih | nida hərfi |
| Ey varlılar, kasıblara kömək edin | ||
Müstəğasun bih və müstəğasun leh ləfzən məcrur, amma mahallən mənsubdurlar.
| Formul | ||
| لِـ | لَـ | يَا |
| kömək istənilən | köməyə çağırılan | Nida Hərfi |
يَا لَلْأَطِبَّاءِ لِلْمَجْرُوحِينَ
Ey həkimlər! yaralılara kömək edin
يَا لَزَيْدٍ لِعَمْرٍو
Ey Zeyd! Amra kömək et
يَا لَلشُّرْطَةِ مِنَ الُّصُوصِ
Ey polis! oğrulara diqqət!
-يَا və لَ ədatları ilə təəccüb ifadə olunur;
يَا لَلْبَحْرِ
Nə dəniz imiş
يَا لَهَا مِنْ بُطُولَةٍ
Nə qəhrəmanlıq imiş
يَا لَهُ مِنْ رَجُلٍ
Nə kişi imiş