8. Münadə
Özünə müraciət edilən şəxsə münâdâ "müraciət olunan" deyilir. Münâdânın əvvəlinə müraciət (çağırış) ədatları gəlir. Bu müraciət hərflərinə nidâ hərfləri deyilir.
| Nidâ Hərfləri | |
| يَا | هَيَا |
| أَيُّهَا | أَيَا |
| أَيَّتُهَا | أَ |
| أَيْ | آ |
| آيْ | وَا |
Yuxarıdakı nidâ hərfləri "ey, hey" kimi müraciət mənalarına malikdir. Bu nidâ hərfləri ilə müraciət olunan şəxslərə münâdâ "müraciət olunan" deyilir. Münâdâ mənsûb isimlərdəndir. Bəzi hallarda mərfu ola bilər.
-Münâdâ tək bir kəlmədən ibarət olan bir alim, yəni xüsusi ad olarsa mərfu ola bilər;
يَا زَيْنَبُ
Ey Zeynəb!
يَا عَلِيُّ
Ey Əli!
-Özü nəzərdə tutulduğu halda nekirə (qeyri-müəyyən) olan bir isim münâdâ olarsa mərfu ola bilər;
يَا رَجُلُ
Ey kişi!
يَا وَلَدُ
Ey uşaq!
*Münâdâ muzaf olarsa mənsûb olur;
يَا أَرْحَمَ الرَّاحِمِينَ
Ey mərhəmətlilərin ən mərhəmətlisi!
يَا رَبَّ الْعَالَمِينَ
Ey aləmlərin Rəbbi!
يَا رَسُولَ اللهِ
Ey Allahın elçisi!
يَا عَبْدَ اللهِ
Ey Allahın qulu!
-Münâdânın əvvəlində elif-lam varsa, o halda nidâ hərfindən sonra müzekkər üçün eyyuha, müənnəs üçün eyyetuha gətirilir;
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا
Ey iman edənlər!
يَا أَيُّهَا الْكَافِرُونَ
Ey kafirlər! (Kişi cinsi)
يَا أَيَّتُهَا الْكَافِرَاتُ
Ey kafirlər! (Qadın cinsi)
Allah kəliməsinin əvvəlinə nidâ hərfi gələndə eyyuha və ya eyyetuha gətirilmir, birbaşa nidâ hərfi istifadə olunur يَاللهُ kimi.
-Münâdâ yaxın olarsa (və ya yaxın hiss edilərsə) nidâ hərfinə ehtiyac qalmır;
رَبِّ أَرِنِي كَيْفَ تُحْيِ الْمَوْتَى
Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər! Bəqərə 260
رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَ اتَّبَعْنَا الرَّسُولَ
Rəbbimiz, endirdiyinə iman etdik, elçiyə də tabe olduq! Ali İmran 53
Ayetlərdə Allah yaxın hiss edildiyinə görə يَا رَبِّ əvəzinə رَبِّ və يَا رَبَّنَا əvəzinə رَبَّنَا deyilib.