7. Təmyiz
Özündən əvvəlki isimlə nə nəzərdə tutulduğunu bildirən, onu açıqlayan (başqa sözlə desək, təyini edən), xüsusiyyətini ortaya qoyan, mənsub və nekirə olan ismə təmiyiz deyilir. Təmiyiz olunan şeyə mümeyyəz deyilir.
| رَكْعَةً | عِشْرُونَ | اَلتَّرَاوِيحُ |
| təmiyiz | mümeyyəz | isim |
| Təravih 20 rükətdir | ||
Yuxarıdakı misalda yalnız اَلتَّرَاوِيحُ عِشْرُونَ "Təravih 20-dir" desəydik, 20-nin nə olduğunu bilməzdik. Bu عِشْرُونَ "iyirmi" sözü mübhəm, yəni qapalı bir ifadədir. 20 dəqiqəmi, 20 günmü kimi açıqlayıcı vahidlərə ehtiyac olardı. Bu qapalılığı aradan qaldırmaq üçün عِشْرُونَ sözünü təmiyiz edəcək nekirə və mənsub bir isim olan رَكْعَةً sözünü əlavə etdik və beləliklə عِشْرُونَ "iyirmi" sözünün رَكْعَةً "rükət" baxımından olduğunu anladıq. Bu şəkildə ifadə ilə deyilən mümeyyəzə melfuz mümeyyəz deyilir.
| عَالِمَةً | مِنْكَ | أَفْضَلَ | زَيْدٌ |
| təmiyiz | müfazzalun əleyh | ism-i təfdil | müfazzal |
| Zeyd, elm baxımından səndən daha üstündür | |||
Yuxarıdakı misalda yalnız زَيْدُ أَفْضَلَ مِنْكَ "Zeyd səndən daha üstündür" desəydik, üstünlüyə aid olan şeyin növünü, mahiyyətini bilməzdik. Bu qapalılığı aradan qaldırmaq üçün cümlənin sonunda da göründüyü kimi عَالِمَةً "alimlik" baxımından üstünlük bildirilib. Yəni üstünlüyün təmiyizi aparılıb. Burada diqqət edilməli məqam mümeyyəzin zikr edilməməsidir. Amma zehində mövcud olan bir mümeyyəz var. Bu şəkildə deyilənməyən mümeyyəzə isə melhuz mümeyyəz deyilir.
Təmiyiz, yuxarıda da qeyd etdiyimiz kimi, melfuz (deyilən) və melhuz (düşünülen) olmaq üzrə iki yerə ayrılır
|
اَلْمُمَيَّزُ الْمَلْفُوظُ melfuz mümeyyəz |
اَلْمُمَيَّزُ الْمَلْحُوظُ melhuz mümeyyəz |
||||
|
Adətən müfazzal, ism-i təfdil və müfazzalun əleyh ilə qurulan tərkiblərdə ortaya çıxır. Nadiran dua cümlələrində duanın təmiyizi olan ismin mümeyyəzi melhuz olur. Nə baxımından sualına cavab olaraq verilən təmiyizin mümeyyəzi də melhuz olur |
اَلْمُمَيَّزُ الْمَلْفُوظُ
melfuz mümeyyəz
لِلْوَزْنِ Çəki üçün olan melfuz mümeyyəz;
Cümlədə özü ilə çəki bildirən isimdir.
بِعْتُ قِنْطَارًا حَطَبًا
Bir qantar odun satdım
Yuxarıdakı misalda satılan şeyin nə olduğunu bildirən isim حَطَبًا "odun", satılan odunun hansı baxımdan olduğunu bildirən isim isə قِنْطَارًا "qantar"dır və bu, melfuz mümeyyəzdir.
لِلْكَيْلِ Həcm üçün olan melfuz mümeyyəz;
Cümlədə özü ilə həcm bildirən isimdir.
شَرِبَ الْوَلَدُ كَأْسًا مَاءً
Uşaq bir stəkan su içdi
Yuxarıdakı misalda içilən şeyin nə olduğunu bildirən isim مَاءً "su", içilən suyun hansı baxımdan olduğunu bildirən isim isə كَأْسًا "stəkan"dır və bu, melfuz mümeyyəzdir.
لِلْمِسَاحَةِ Uzunluq üçün olan melfuz mümeyyəz;
Cümlədə özü ilə uzunluq bildirən isimdir.
إِشْتَرَيْتُ ذِرَاعًا حَرِيرًا
Bir arşın (55-80 sm) ipək aldım
Yuxarıdakı misalda alınan şeyin nə olduğunu bildirən isim حَرِيرًا "ipək", alınan ipəyin hansı baxımdan olduğunu bildirən isim isə ذِرَاعًا "arşın"dır və bu, melfuz mümeyyəzdir.
Qeyd etdiyimiz çəki, həcm və uzunluq üçün gələn mümeyyəz isimlərin təmiyizi مِنْ hərfi-cərr ilə gələrsə, təmiyiz məcrur ola bilər.
بِعْتُ قِنْطَارًا مِنْ حَطَبٍ
شَرِبَ الْوَلَدُ كَأْسًا مِنْ مَاءٍ
إِشْتَرَيْتُ ذِرَاعًا مِنْ حَرِيرٍ
لِلْعَدَدِ Say üçün olan melfuz mümeyyəz;
Cümlədə özü ilə say bildirən isimdir. Əslində ədədlə uyğun gələn mə'dud bizim təmiyizimizdir. Saylar mövzusunda daha ətraflı izah veriləcək. Saylar mövzusunda bilməli olduğumuz ən əsas məlumat budur ki, təmiyiz, yəni mə'dud 3 ilə 10 arasında bir ədəd üçün gəlirsə, cəmi və məcrur bir isim olur; 11 ilə 99 arasında bir ədəd üçün gəlirsə, müfrəd və mənsub bir isim olur; 100 ilə 1000 arasında bir ədəd üçün gəlirsə, müfrəd və məcrur olur. Məsələlərlə baxaq:
سِتَّةُ كُتُبٍ
سَبْعَةُ وَ سَبْعُونَ كِتَابًا
تِسْعَةٌ وَ أَرْبَعَمِئَةِ كِتَابٍ
Birinci misalda "6 kitab" deyilib və 6 (3 ilə 10 arasında olduğuna görə) sözünün təmiyizi cəmi və məcrur bir isim kimi gəlib. İkinci misalda "77 kitab" deyilib və 77 (11 ilə 99 arasında olduğuna görə) sözünün təmiyizi müfrəd və mənsub bir isim kimi gəlib. Üçüncü misalda isə "409 kitab" deyilib və 409 (100 ilə 1000 arasında olduğuna görə) sözünün təmiyizi müfrəd və məcrur bir isim kimi gəlib.
إِشْتَرَيْتُ سَبْعَةَ كُتُبٍ
7 kitab aldım
إِشْتَرَيْتُ سَبْعَةً وَ سَبْعِينَ كِتَابًا
77 kitab aldım
إِشْتَرَيْتُ سَبْعَةً وَ سَبْعِينَ وَ سَبْعَمِئَةِ كِتَابٍ
777 kitab aldım
اَلْمُمَيَّزُ الْمَلْحُوظُ
melhuz mümeyyəz
أَنْتَ أَفْضَلَ مِنْ زَيْدٍ عَقْلاً
Sən Zeyddən ağıl baxımından daha üstünsən
زَيْدُ أَكْبَرُ مِنْكَ سِنَّا
Zeyd səndən yaş baxımından daha böyüktür
طَابَ الْبَيْتُ لَوْنًا
Ev, rəng baxımından yaxşı oldu
نَوَّرَ اللهُ قَبْرَهُ نُورًا
Allah onun qəbrini nur olaraq işıqlandırsın