İf'î'âl إِفْعِيعَالْ Babı

Sülasi mezid südasilərin ikinci babı İf'î'âl إِفْعِيعَالْ babıdır. Bu bab, sülasi mücərrəd olan mazi bir feilinin əvvəlinə bir həmzə, ayn ul-fiili ilə lam ul-fiili arasına ardıcıl olaraq bir vav və bir də ayn ul-fiil cinsindən bir hərf gəlməsi ilə 6 hərfli (3 əsil + 3 əlavə) bir feil yaranır.

ـلَ ـعَـ ـوْ ـعَـ فْـ إِ
ـبَ شَـ ـوْ ـشَـ ـعْـ إِ
Məzdər Muzari Mazi
إِفْعِيعَالاً يَفْعَوْعِلُ إِفْعَوْعَلَ
إِعْشِيشَابًا يَعْشَوْشِبُ إِعْشَوْشَبَ

Bu bab, əvvəl sülasi mücərrəd olan feilinin mənasını gücləndirməyi ifadə edir. Məsələn, عَشُبَ الْأَرْصُ "yer üzü az yaşıllaşdı" cümləsindəki عَشُبَ sülasi mücərrəd feil bu baba daxil olunca əvvəlinə bir həmzə, ayn ul-fiili ilə lam ul-fiili arasına ardıcıl olaraq bir vav və bir də ayn ul-fiil cinsindən bir hərf gəlməsi ilə إِعْشَوْشَبَ şəklində qarşımıza çıxır. إِعْشَوْشَبَ الْأَرْضُ "yer üzü büsbütün yaşıllaşdı" dedikdə عَشُبَ ilə إِعْشَوْشَبَ arasındakı fərqi görə bilərik.

Bu bab əsasən lazım feilərin gəldiyi babdır. Amma bəzən bu babda gələn lazım feilərə mütəəddi mənası verilə bilər, məsələn; إِعْرَوْرَيْتُ الْفَرَسَ "Atı yəhərsiz mindim" cümləsindəki إِعْرَوْرَى feili sanki رَكِبَ feili kimi məf'ula mütəəddi olan bir feil kimi işlədilmişdir.

Sülasi mücərrəd Mazi عَشُبَ
İf'î'âl babından məlum mazi إِعْشَوْشَبَ
İf'î'âl babından məchul mazi أُعْشُوشِبَ لَهُ
İf'î'âl babından məlum muzari يَعْشَوْشِبُ
İf'î'âl babından məchul muzari يُعْشَوْشَبُ لَهُ
İf'î'âl babından mimsiz məzdər إِعْشِيشَابًا

Qeyd: Lazım bir feil məchul ediləndə harf-i cerr ilə işlədilməsi lazımdır. Təsrifat hissəsində verilən (veriləcək olan) bütün feilərdə buna diqqət etməyinizi xahiş edirik. Bu, az işlənən bir babdır. Qarşınıza çıxarsa, mənanı gücləndirdiyini bilməyiniz kifayətdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › İf'î'âl إِفْعِيعَالْ Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!