Sülasi mezid südasilərin üçüncü babı İf'îv'âl إِفْعِوْالْ babıdır. Bu bab, sülasi mücərrəd olan mazi bir feilinin əvvəlinə bir həmzə, ayn ul-fiili ilə lam ul-fiili arasına iki vav gəlməsi ilə 6 hərfli (3 əsil + 3 əlavə) bir feil yaranır.
|
|
| Məsdər |
Muzari |
Mazi |
| إِفْعِوَّالاً |
يَفْعَوِّلُ |
إِفْعَوَّلَ |
| إِجْلِوَّاذًا |
يَجْلَوِّذُ |
إِجْلَوَّذَ |
Bu bab mübaliğə bildirən bir babdır. Bu baba daxil olan sülasi mücərrəd feil ilə ifadə olunan hadisə mübaliğə ilə baş verir. جَلَذَ الْإِبِلُ "Dəvələr az sürətli oldu" deyilir. Əgər dəvələr sürətlə hərəkət etməyə başlasa, o zaman feil bu baba daxil olur və إِجْلَوَّذَ الْإِبِلُ "Dəvələr sürətli oldu" deyilir. Əslində, dəvələrin həmin andakı sürəti at qədər olmasa da, dəvəyə görə təəccüblü bir hal olduğuna görə mübaliğə edilir və sürətli deyilir.
| Sülasi mücərrəd mazi feil |
جَلَذَ |
| İf'îv'âl babından məlum mazi |
إِجْلَوَّذَ |
| İf'îv'âl babından məchul mazi |
أُجْلُوِّذَ لَهُ |
| İf'îv'âl babından məlum muzari |
يَجْلَوِّذُ |
| İf'îv'âl babından məchul muzari |
يُجْلَوِّذُ لَهُ |
| İf'îv'âl babından mimsiz məsdər |
إِجْلِوَّاذًا |