6. Hal

Failin, mefulun və ya hər ikisinin vəziyyətini göstərən mansub isimlərə hal deyilir. Azərbaycan türkcəsində vəziyyət bildirən zərf olub "necə" sualının cavabıdır.

جَاءَ مُحَمَّدٌ مَتْعَبًا

Məhəmməd yorğun (olaraq) gəldi

أَكَلَ زَيْدٌ فَوْرًا

Zeyd tez yedi

*Yuxarıdakı cümlələrdə مَتْعَبًافَوْرًا sözləri failin vəziyyətini bildirən mansub isimlərdir. Belə isimlərə hal deyilir.

أَكَلَ زَيْدٌ الطَّعَامَ فَوْرًا

Zeyd yeməyi tez yedi

رَأَيْتُ مُحَمَّدًا قَائِلاً

Məhəmmədi danışarkən (danışan halda) gördüm

*Yuxarıdakı cümlələrdə فَوْرًاقَائِلاً sözləri mefulun vəziyyətini bildirən mansub isimlərdir.

Hal sahibinə zül hal və ya sahib ul-hal deyilir və ümumiyyətlə hal sahibi marifə olur.

*Amma hal sahibi (onu təmsil edən isim) haldan əvvəl gələrsə, nekirə olar.

بَاكِيًّا الرَّجُلَ نَظَرْتُ
hal sahib ul-hal fel+fail
Nekirə Marifə
Ağlayan adama baxdım

رَجُلاً بَاكِيًّا فِي الْبَيْتِ
sahib ul-hal hal car+mecrur
nekirə nekirə Yer zərfi
Evdə ağlayan bir adam var

*Hal sahibi (onu təmsil edən isim) məvsuf və ya muzaf olarsa, nekirə olar;

جَدِيدَةً رَجُلٍ سَيَّارَةُ أًمَامَ الْبَيْتِ
hal muzafun ileyh muzaf məkan zərfi
sahib ul-hal
Evin önündə adamın yeni maşını var
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 6. Hal
🎓
Xoş gəldiniz! Sual soruşun!