15.2 İşarət İsimləri 3
Qayda: İsm-i işarətin qarşısındakı isim (yəni muşarun ileyh) əgər elif-lam "hərf-i tarif" şəkilçisi alırsa, o halda muşarun ileyh ism-i işarətin sifəti olur və irabda ona tabe olur. Əgər ism-i işarət mərfu olarsa, muşarun ileyh də mərfu, mənsub olarsa mənsub, məcrur olarsa məcrur olur.
*İsm-i işarətin (qarşısındakı muşarun ileyhin elif-lamlı gəlməsi ilə) fail mövqeyində olmasına Məsələn;
| الرَّجُلُ | هَذَا | جَاءَ |
| muşarun ileyh | ism-i işarət | fе'l |
| Failin sifəti | Fail |
Yuxarıdakı جَاءَ هَذَا الرَّجُلُ "Bu adam gəldi" cümləsində جَاءَ sözü fе'ldir, bu جَاءَ fе'ilinin faili isə ism-i işarətlə göstərilən şəxsdir, yəni هَذَا الرَّجُلُ "bu adam" sözüdür. İsm-i işarət جَاءَ fе'ilinin failidir. Muşarun ileyh də ism-i işarətin sifəti olduğu üçün failik əlaməti olan dammə ilə irablanıb.
*İsm-i işarətin (qarşısındakı muşarun ileyhin elif-lamlı gəlməsi ilə) məful mövqeyində olmasına Məsələn;
| الرَّجُلَ | هَذَا | رَأَيْتُ |
| muşarun ileyh | ism-i işarət | fе'l+fail |
| Məfulun sifəti | Məful |
Yuxarıdakı رَأَيْتث هَذَا الرَّجُلَ "Bu adamı gördüm" cümləsində رَأَيْتث sözü fе'l+faildir, bu رَأَيْتث fе'l+failinin məfulu isə ism-i işarət olan هَذَا sözüdür. هَذَا sözünün qarşısına gələn الرَّجُلَ sözü, yəni muşarun ileyh isə onun sifətidir. İsm-i işarət məful olduğu üçün muşarun ileyh də ona tabe olub mənsub gəlmişdir.
*İsm-i işarətin (qarşısındakı muşarun ileyhin elif-lamlı gəlməsi ilə) məcrur mövqeyində olmasına Məsələn;
| الرَّجُلِ | بِهَذَا | مَرَرْتُ |
| muşarun ileyh | ism-i işarət | fе'l+fail |
| Məcrurun sifəti | Məcrur |
Yuxarıdakı مَرَرْتُ بِهَذَا الرَّجُلِ "Bu adama rast gəldim" cümləsində مَرَرْتُ sözü fе'l+faildir. بِهَذَا sözü carr və məcrurdur. بِ hərf-i cərr ism-i işarəti cərr edib, amma هَذَا ism-i işarət məbni olduğu üçün ləfzən iraba məruz qalmayıb. هَذَا ism-i işarət hərf-i cərr ilə məcrur olduğu üçün qarşısına aldığı muşarun ileyh də ona tabe olub məcrur gəlmişdir.