15.1 İşarət İsimləri 2

Ərəbcədə işarə etmək üçün istifadə olunan kəlməyə ism-i işarə, işarə olunan şeyə isə muşarun ileyh deyilir. 

Əgər işarə olunan əşya təkdirsə bu və ya o, ikidirsə bu ikisi və ya o ikisi, çoxdursa bunlar və ya onlar işarə isimləri işlədilir. Yəni işarə ismi ilə muşarun ileyh təklik, ikilik, cəmlik, kişi və qadınlıq baxımından bir-birinə uyğun olmalıdır.

Muşarun ileyh İşarə ismi Məna
رَجُلٌ هَذَا Bu kişidir
قَلَمَانِ هَذَانِ Bu ikisi qələmdir
طُلَّابٌ هَؤُلاَءِ Bunlar (kişi c.) tələbələrdir
بِنْتٌ هَذِهِ Bu qızdır
وَرْدَتَانِ هَتَانِ Bu ikisi güldür
طِفْلاَتٌ هَؤُلاَءِ Bunlar (qadın c.) uşaqlardır
رَجُلٌ ذَلِكَ O kişidir
طُلَّابٌ أُولَئِكَ Onlar tələbələrdir
بِنْتٌ تِلْكَ O qızdır
طِفْلاَتٌ أُولَئِكَ Onlar uşaqlardır

Qeyd: أُولَئِكَ kəlməsi yaxınlıqdakı bir əşya və ya şəxsə aid olarsa "bunlar", uzaqda olarsa "onlar" mənasını verir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcə Dərsləri › 15.1 İşarət İsimləri 2
🎓
Xoş gəldiniz! Sual soruşun!