3. Meful-u Lieclih

Bir feil hansı səbəbdən baş verdiyini bildirən mənsub məsdara məfulun liəclih deyilir. Yəni məful nə üçün, kim üçün suallarına cavab verir.

نَحْمَدُ إِطَاعَةً لِلهِ

Allah üçün həmd edirik

يَسْتَمِعُ التِّلْمِيذُ إِلَى الْمُدَرِّسِ طَلَبَ الْعِلْمِ

Şagird elm tələb etdiyi üçün müəllimi dinləyir

وَ لاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ خَشْيَةَ إِمْلاَقٍ

Övladlarınızı dolanışıq çətinliyi üçün öldürməyin

يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ

Barmaqlarını ölüm qorxusuna görə qulaqlarına tıxayırlar

هَرَبْتُ خَوْفًا

Qorxudan qaçdım

عِبِدْتُ إِرْضَاءً لِلهِ

Allah rizası üçün ibadət etdim

إِطَاعَةٌ İtaət etmək
طَلَبٌ İstəmək
خَشْيَةٌ Çəkinmək
حَذَرٌ Ehtiyat etmək
خَوْفٌ Qorxmaq
إِرْضَاءٌ Razı olmaq

Cədvəldəki məsdarlar nümunələrdə məful mövqeyində olduqları üçün məfulun liəclih olublar. Hamısı mənsubdur və nəsb əlamətlərinə daxildirlər. خَوْفٌ kəlməsi istisna olmaqla, digərləri cümlədə eyni zamanda muzaf olduqları üçün tənvin almamışlar. Məsdarların əvvəlində sanki bir səbəbiyyət lamı var kimi düşünə bilərik. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 3. Meful-u Lieclih
🎓
Xoş gəldiniz! Sual soruşun!