5. İnne və bənzərlərinin xəbəri

İsim cümləsinin əvvəlinə gəlib ismi nəsb edən və xəbəri rəf edən ədətlərə nevasıb "nəsb edənlər" deyilir. Bu ədətlər 8 dənədir.

إِنَّ اللهَ عَالِمٌ

Şübhəsiz ki, Allah alimdir

إِنَّ

inne

عَلِمَتُ أَنَّكَ جَاهِلٌ

Cahil olduğunu bildim

أَنَّ

enne

كَأَنَّ الْحَرَامَ نَارٌ

Haram sanki od kimi yanar

كَأَنَّ

keenne

جَاءَ عَلِيٌّ لَكِنَّ زَيْدًا لَمْ يَجِي

Əli gəldi, lakin Zeyd gəlmədi

لَكِنَّ

lâkinne

لَيْتَ الْعِلْمَ سَهْلٌ

Kaş ki elm asan olaydı

لَيْتَ

leyte

لَعَلَّ اللهَ يَغْفِرُ

Ümid edilir ki, Allah bağışlayar

لَعَلَّ

leâlle

لاَ حَوْلَ وَ لاَ قُوَّةَ

Heç bir dəyişmə və qüvvə yoxdur

لاَ

لاَ إِلَهَ إِلاَّ اللهَ

Allahdan başqa ilah yoxdur

إِلاَّ

illâ

Bu 8 ədətdən ilk 6-sına hurufun müşebbehetun bilfiil "fiilə bənzəyən hərflər" deyilir.

Xəbər Mübtəda
كَبِيرٌ اَلْبَيْتُ
Ev böyüktür

Cədvəldəki kimi mübtəda və xəbər bir isim cümləsi yaradır. Mübtəda mərfudur, rəf əlaməti dammə ilədir. Xəbər də mərfudur, rəf əlaməti dammə ilədir. Amma mübtədanın əvvəlinə nəsb edən bir ədət gələndə artıq mənsubatdan olur və nəsb əlaməti fətə ilədir. Bu ədət xəbəri də rəf edir, çünki xəbərimiz mərfu olduğu üçün ləfzi i'rabında dəyişiklik olmur, amma əvvələ gələn o ədətin xəbəri olur.

Xəbər Mübtəda Nevasıb
كَبِيرٌ اَلْبَيْتَ إِنَّ
İnnenin Xəbəri İnnenin İsmi Nəsb edən İnne
Şübhəsiz ki, ev böyüktür

إِنَّ
كُلِّ شَيْئٍ
عَالِمُ اللهَ إِنَّ
Hər şey
İnnenin Xəbəri İnnenin ismi İnne
Hər şey
Bilən Allah Şübhəsiz
Şübhəsiz ki Allah hər şeyi bilir
إِنَّ hərfi ismini nəsb, xəbərini rəf edən hərflərin birincisidir. Təqdiq (təsdiq) mənasındadır. Burada qarşısına aldığı اللهَ sözü إِنَّ 'nin ismidir və mənsubdur, عَالِمُ sözü isə إِنَّ 'nin xəbəridir və mərfudur.
أَنَّ
قَادِرٌ اللهَ أَنَّ إِعْتَقَدْت
Ennenin Xəbəri Ennenin İsmi Enne fel+fail
qadirdir Allah Şübhəsiz İnanıram
أَنَّ hərfi ismini nəsb, xəbərini rəf edən hərflərin ikincisidir. Təqdiq (təsdiq) mənasındadır. Burada qarşısına aldığı اللهَ sözü أَنَّ 'nin ismidir və mənsubdur, قَادِرٌ sözü isə أَنَّ 'nin xəbəridir və mərfudur.
Allahın qadir olduğuna inandım
كَأَنَّ
نَارٌ الْحَرَامَ كَأَنَّ
od haram sanki
Kennenin Xəbəri Kennenin ismi Kenne Hərfi
كَأَنَّ ismini nəsb, xəbərini rəf edən ədətlərin üçüncüsüdür. “sanki, kimi” mənalarını daşıyır. Məsələdə qarşısına aldığı الْحَرَامَ sözünü nəsb etmişdir və özünə isim götürmüşdür. الْحَرَامَ sözü, كَأَنَّ 'nin ismidir və نَارٌ sözü isə كَأَنَّ 'nin xəbəri olaraq mərfudur.
Haram sanki oddur
لَكِنَّ
فَائِزٌ الْعَالِمَ لَكِنَّ الْجَاهِلُ فَازَ مَا
Lakinənin Xəbəri Lakinənin İsmi lakinne cahil qurtuldu deyil
qurtulan alim fakat cahil qurtuldu deyil
Cahil qurtulan deyil fakat alim qurtulandır.
لَكِنَّ ismini nəsb, xəbərini rəf edən ədətlərin dördüncüsüdür. “lakin, fakat, amma” mənalarını daşıyır. Məsələdə qarşısına aldığı الْعَالِمَ sözünü nəsb etmişdir və özünə isim götürmüşdür. الْعَالِمَ sözü, لَكِنَّ 'nin ismidir və فَائِزٌ sözü isə لَكِنَّ 'nin xəbəri olaraq mərfudur.
لَيْتَ
أَحَدٍ لِكُلِّ  مَرْزُوقٌ الْعِلْمَ لَيْتَ
əhədin likulli Leytenin Xəbəri Leytenin İsmi Leyte
hər birinə hər kəs üçün Ruziləndirilmiş Elm Kaş ki
Elm kaş ki hər kəs üçün ruzi olaydı
لَيْتَ ismini nəsb, xəbərini rəf edən ədətlərin beşincisidir. “kaş ki” mənasını daşıyır. Məsələdə qarşısına aldığı الْعِلْمَ sözünü nəsb etmişdir və özünə isim götürmüşdür. الْعِلْمَ sözü, لَيْتَ 'nin ismidir və مَرْزُوقٌ sözü isə لَيْتَ 'nin xəbəri olaraq mərfudur.
لَعَلَّ
ذَنْبِى غَافِرُ اللهَ لَعَلَّ
Zənbi Leallenin Xəbəri Leallenin İsmi Lealle
Günahımı Bağışlayar Allah Ümid edilir ki
Ümid edilir ki Allah günahımı bağışlayar
لَعَلَّ ismini nəsb, xəbərini rəf edən ədətlərin altıncısıdır. “Ümid edilir ki, ümid etmək” mənalarını daşıyır. Məsələdə qarşısına aldığı اللهَ sözünü nəsb etmişdir və özünə isim götürmüşdür. اللهَ sözü, لَعَلَّ 'nin ismidir və غَافِرُ sözü isə لَعَلَّ 'nin xəbəri olaraq mərfudur.

اَلْمَعْصِيَةُ masiyyət (pis əməllər), مُبَعِّدَةٌ uzaqlaşdırır, uzaqlaşdırıcıdır; عَنِ الْجَنَّةِ cənnətdən. إِلاَّ ancaq uzaqlaşdırmaz (bu illa istisnai munkatı olduğu üçün özündən əvvəlki اَلْمَعْصِيَةُ مُبَعِّدَةٌ عَنِ الْجَنَّةِ cümləsinin hökmünün tam əksini ifadə edir), الطَّاعَةَ itaət, ibadət və s. مُقَرِّبَةٌ yaxınlaşdırıcıdır; مِنْهَا ona, yəni cənnətə. “Masiyyət cənnətdən uzaqlaşdırır, ancaq itaət cənnətə yaxınlaşdırır” cümləsindəki “ancaq” sözü إِلاَّ hərfidir. Məsələdə إِلاَّ الطَّاعَةَ مُقَرِّبَةٌ cümləsində, إِلاَّ ədəti الطَّاعَةَ sözünü qarşısına alıb nəsb etmişdir və özünə isim etmişdir. مُقَرِّبَةٌ sözü isə إِلاَّ 'nın xəbəri olaraq mərfudur. Cinsin hökmünü inkar edən لاَ ədətinin misalı isə; لاَ فَاعِلَ bir fail, əməl edən yoxdur, شَرٍّ yəni şər bir əməl edən yoxdur ki; فَائِزٌ qurtulandır. لاَ ədəti ismini nəsb, xəbərini rəf edən ədətlərin səkkizincisidir. Burada فَاعِلَ sözünü qarşısına alıb nəsb etmişdir və özünə isim etmişdir. فَائِزٌ sözü isə لاَ 'nın xəbəri olaraq mərfudur.

اَلْمَعْصِيَةُ مُبَعِّدَةٌ عَنِ الْجَنَّةِ إِلاَّ الطَّاعَةَ مُقَرِّبَةٌ مِنْهَا

Masiyyət (pis əməllər) cənnətdən uzaqlaşdırıcıdır, ancaq itaət ona (cənnətə) yaxınlaşdırıcıdır

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 5. İnne və bənzərlərinin xəbəri
🎓
Xoş gəldiniz! Sual soruşun!