4. Xəbər

İsim cümləsində mübtədanın vəziyyətini bildirən və ondan məlumat verən nekirə sözə xəbər deyilir. Xəbər də mübtəda kimi mərfuatlardandır və xəbər kimi gələn sözün növünə görə dammə, əlif və ya vav ilə rəf əlamətinə malik olur. 

اَلطَّالِبُ عَاقِلٌ

Oğlan tələbə ağıllıdır

اَلطَّالِبَانِ عَاقِلاَنِ

İki oğlan tələbə ağıllıdır

اَلطُّلاَّبُ عَاقِلُونَ

Oğlan tələbələr ağıllıdır

اَلطَّالِبَةُ عَاقِلَةٌ

Qız tələbə ağıllıdır

اَلطَّالِبَتَانِ عَاقِلَتَانِ

İki qız tələbə ağıllıdır

اَلطَّالِبَاتُ عَاقِلاَتٌ

Qız tələbələr ağıllıdır

Müfrəd Təsniyə Cəmi
عَاقِلٌ عَاقِلاَنِ عَاقِلُونَ
عَاقِلَةٌ عَاقِلَتَانِ عَاقِلاَتٌ

Cədvəldə göründüyü kimi, xəbər müfrəd isimdə dammə, təsniyə isimdə əlif, cəmi isimdə isə vav ilə rəf əlamətini göstərir. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 4. Xəbər
🎓
Xoş gəldiniz! Sual soruşun!