3. Mübtəda
İsim cümləsində özü ilə başlanan ismə mübtəda deyilir. Mübtəda mərfuatlardandır. Əlaməti kəlməsinə görə dammə, əlif, vav şəklində olur. Mübtəda isimlər əsasən mərfudur, onları nekirə bir xəbər tamamlayır. Bəzən mübtəda da nekirə ola bilər.
اًلْكِتَابُ نَافِعٌ
Kitab faydalıdır
*Yuxarıdakı cümlə bir isim cümləsidir, çünki isimlə başlamışdır. İsim cümləsində özü ilə başlanan isim olan اًلْكِتَابُ ləfzə mübtədadır və eyni zamanda əlif-lam ilə müəyyən bir isimdir. اًلْكِتَابُ ləfzə müfrəd münsərif bir isim olduğu üçün mərfu əlaməti dammə ilə olmuşdur. Nekirə olan نَافِعٌ ləfzə isə mübtəda olan اًلْكِتَابُ ləfzənin xəbəridir və xəbərlər də mübtəda kimi mərfuatlardandır. Buna görə müfrəd münsərif olan نَافِعٌ ləfzə də mərfu əlamətini dammə ilə almışdır.
Qeyd: Mübtəda ilə xəbər arasında müfrədlilik, təsniyə və cəmliklə yanaşı, müənnəslik və müzəkkərlik baxımından da uyğunluq var.
| Xəbər | Mübtəda |
|
وَاسِعَةٌ genişdir |
اَلْمَدْرَسَةُ məktəb |
| Məktəb genişdir | |
| Xəbər | Mübtəda |
|
مَفْتُوحَةٌ açıqdır |
اَلنَّافِذَةُ pəncərə |
| Pəncərə açıqdır | |
| Xəbər | Mübtəda |
|
مَاهِرَانِ bacarıqlıdır |
اَلْمُعَلِّمَانِ iki müəllim |
| İki kişi müəllim bacarıqlıdır | |
| Xəbər | Mübtəda |
|
مَتْعَبُونَ yorğundurlar |
اَلْمُهَنْدِسُونَ mühəndislər |
| Mühəndislər yorğundur | |
Mübtədanın nekirə olduğu bəzi hallar
*Mübtəda sifətləndikdə;
مُحَمَّدٌ مُحْتَرَمٌ زَارَنَا
Hörmətli Məhəmməd bizi ziyarət etdi / Burada mübtəda olan مُحَمَّدٌ ləfzə مُحْتَرَمٌ ləfzə ilə təsvir olunub.
*Mübtəda inkar edatından sonra gəldikdə;
مَا رَجُلٌ فِي الْبَيْتِ
Evdə bir kişi yoxdur / Burada رَجُلٌ ləfzə mübtədadır və inkar edatı olan مَا 'dan sonra gəldiyi üçün nekirədir.
*Mübtəda sual edatından sonra gəldikdə;
هَلْ سَائِلٌ عَنْ مُحَمَّدٍ؟
Məhəmməddən soruşan oldumu? / Burada سَائِلٌ ləfzə mübtədadır və istifham edatı olan هَلْ 'dən sonra gəldiyi üçün nekirədir.
*Cərr-məcrurdan ibarət olan xəbər və ya bir zərf mübtədadan əvvəl gəldikdə;
فِي الْبَيْتِ وَلَدٌ
Evdə bir uşaq var
عَلَى السَّقْفِ حَمَامَةٌ
Damada bir göyərçin var
Yuxarıdakı misallarda mübtəda olan وَلَدٌ və حَمَامَةٌ ləfzələri cərr-məcrurdan sonra gəlmişdir. Buna görə də nekirədirlər. Həmçinin حَمَامَةٌ ləfzə bir zərfdən sonra gəlmişdir.