2. Naib-i Fail
Failin yerinə keçən mef'ula naib-i fail deyilir. Yəni, niyabət ilə failin mövqeyində fail funksiyasını yerinə yetirən isimdir. Bir məsələ ilə izah edək;
ذَهَبَ زَيْدٌ إِلَى الْبَيْتِ
Zeyd evə getdi
Misalımızın irabı; ذَهَبَ keçmiş zaman feilidir və fətha üzərində məbnidir, زَيْدٌ faildir və mərfuatdandır, buna görə də rəf əlamətinə malikdir və rəf əlaməti isə özü müfrəd münsərif bir isim olduğu üçün dammə ilədir, إِلَى hərf-i cər kimilərindəndir və sükun üzərində məbnidir, الْبَيْتِ isə إِلَى hərf-i cərinin məcrurudur və ləfzən kəsrə üzərində məksurdur. Cümləmiz feil cümləsidir və ذَهَبَ feil, زَيْدٌ fail və إِلَى الْبَيْتِ isə mefulun bih qeyri-sərihdir, çünki meful hərf-i cər alıb. Əgər almasaydı mefulun bih sərih olardı. *Mənsubat bölməsində bütün mefullər göstəriləcək.
Biz bu cümlədəki məlum ذَهَبَ feilini məchul etsək, fail olan زَيْدٌ ləfz ortadan qalxar;
ذُهِبَ إِلَى الْبَيْتِ
Evə gedildi
Göründüyü kimi, əvvəllər məlum "etken" olan feili məchul "edilgen" etdiyimiz zaman fail ortadan qalxır. "Evə gedildi" cümləsi məchul quruluşda olduğuna görə kimin evə getdiyi bəlli deyil. Fail ortadan çıxanda failin yerinə إِلَى الْبَيْتِ cər və məcrur keçir. Bu إِلَى الْبَيْتِ cər və məcrur naib-i fail və eyni zamanda məhəllən mərfudur. Çünki fail mərfuatdandır.
| Feil məchul olarsa fail ortadan qalxır və meful naib-i fail olur | |
| شَرِبَ feildir, الْوَلَدُ faildir və الْمَاءَ mefuldur. Məlum feil məchul olunca الْوَلَدُ faili ortadan qalxır və الْمَاءَ olan meful naib-i fail kimi الْمَاءُ mərfudur |
شَرِبَ الْوَلَدُ الْمَاءَ Uşaq suyu içdi |
|
شُرِبَ الْمَاءُ Su içildi |
|
| Əgər cümlədə bir neçə meful varsa, o zaman 1-ci meful naib-i fail olur, digərləri meful kimi qalır | |
| أَعْطَى məlum feildir, الرَّجُلُ faildir, الْفَقِيرَ birinci mefuldur, دِرْهَمًا ikinci mefuldur. Feil məchul olunca fail ortadan qalxır və birinci meful olan mənsub الْفَقِيرَ ləfz mərfu olaraq الْفَقِيرُ formasını alır və naib-i fail olur, digər meful isə olduğu kimi qalır |
أَعْطَى الرَّجُلُ الْفَقِيرَ دِرْهَمًا Adam fəqirə bir dirhəm verdi |
|
أُعْطِيَ الْفَقِيرُ دِرْهَمًا Fəqirə bir dirhəm verildi |
|
| Məchul edilən feil lazım olarsa, o halda cər və məcrur naib-i fail olur | |
| جَلَسَ məlum feildir, زَيْدٌ faildir, عَلَى الْكُرْسِيِّ mefulun bih qeyri-sərihdir. Feil məchul olunca fail ortadan qalxır və عَلَى الْكُرْسِيِّ cər və məcrur naib-i fail olur |
جَلَسَ زَيْدٌ عَلَى الْكُرْسِيِّ Zeyd stula oturdu |
|
جُلِسَ عَلَى الْكُرْسِيِّ Stula oturuldu |
|
| Əgər cümlədə cər məcrur yoxdursa, o halda məsdər naib-i fail olur | |
| قَالَ məlum feildir, زَيْدٌ faildir, قَوْلاً mefulun bih sərihdir. Feil məchul olunca fail ortadan qalxır və cər məcrur da olmadığından قَوْلٌ ləfz məsdər kimi naib-i fail olur |
قَالَ زَيْدٌ قَوْلاً Zeyd bir söz dedi |
|
قِيلَ قَوْلٌ Bir söz deyildi |
|
| Zaman və məkan zərfləri də naib-i fail olur | |
| صُمْتُ feil və faildir, رَمَضَانَ zaman zərfidir, feil məchul olunca fail ortadan qalxır və mənsub olan zaman zərfi رَمَضَانُ kimi mərfu olur |
صُمْتُ رَمَضَانَ Ramazanda oruc tutdum |
|
صِيمَ رَمَضَانُ Ramazanda oruc tutuldu |
|
| جَلَسْتُ ləfz feil və faildir, أَمَامَ ləfz məkan zərfidir, كَ müttəsil zamirdir, feil məchul olunca fail ortadan qalxır və أَمَامَ olan məkan zərfi أَمَامُ kimi naib-i fail olur |
جَلَسْتُ أَمَامَكَ Qarşında oturdum |
|
جُلِسَ أَمَامُكَ Qarşında oturuldu |