1. Fail
Feli edən şəxsə fail deyilir. Failin Azərbaycan dilindəki qarşılığı mübtədadır (özne). Faillər mərfu olduqlarına görə, ref əlamətləri fail olan sözün növünə görə dammə, vav və ya elif kimi gələr.
جَاءَ زَيْدٌ
Zeyd gəldi
مَاتَ الرَّجُلُ
Kişi öldü
كَتَبَتِ الْبِنْتُ رِسَالَةً
Qız bir məktub yazdı
قَرَأَتِ الْأُمُّ الْكِتَابَ
Ana kitabı oxudu
تَلْعَبُ عَائِشَةُ
Ayişə oynayır
Məsələlərdə göründüyü kimi, fail zahir isim kimi gələ bilər.
نَظَرْتُ إِلَى السَّمَاءِ
Göyə baxdım
كَتَبْنَا الدَّرْسَ
Dərsi yazdıq
عَلِمَتِ الْمَسْئَلَةَ
Məsələni bildi
شَرِبُوا المَاءَ
Suyu içdilər
Məsələlərdə göründüyü kimi, fail zahir müstəqil zamir kimi də gələ bilər.
خَرَجَ زَيْدٌ
Zeyd çıxdı
تَسْئَلُ عَائِشَةُ سُؤَالاً
Ayişə bir sual soruşur
نَقْرَأُ الْقُرْآنَ
Quran oxuyuruq
تَكْتُبِينَ رِسَالَةً
Bir məktub yazırsan
Məsələlərdə göründüyü kimi, fail zahir müstətir zamir kimi də gələ bilər.
| Təhtində müstətir bir هُوَ zamiri var | كَتَبَ |
| ـا faildir | كَتَبَا |
| ـو faildir | كَتَبُوا |
| ـتُ faildir | كَتَبَتْ |
| ـتَا faildir | كَتَبَتَا |
| ـنَ faildir | كَتَبْنَ |
| ـتَ faildir | كَتَبْتَ |
| ـتُمَا faildir | كَتَبْتُمَا |
| تُمْ faildir | كَتَبْتُمْ |
| ـتِ faildir | كَتَبْتِ |
| ـتُمَا faildir | كَتَبْتُمَا |
| ـنَ faildir | كَتَبْنَ |
| ـتُ faildir | كَتَبْتُ |
| ـنَا faildir | كَتَبْنَا |
كَتَبْتُ رِسَالَةً
Bir məktub yazdım
*Cümlənin irabı: كَتَبْ felinin keçmiş zaman formasıdır, səkin üzərə məbnidir, تُ faildir, mərfudur, ref əlaməti dammədir, رِسَالَةً isə məf'ulun-bih sarihdir, fətha ilə mənsubdur.
*İkil isimlərdə fail əlaməti eliflə, cəmi müzekkərlərdə vavla, cəmi müənnəslərdə isə fətxalı nunla olur.
| ـا faildir | اَلْقَالَمَانِ مَكْسُورَانِ |
| ـا faildir | عَلِمَتِ الْبِنْتَانِ |
| ـو faildir | جَاءَ مُهَنْدِسُونَ |
| ـو faildir | عَمَلَ مُعَلِّمُونَ |
| ـنْ faildir | يَذْهَبْنَ النِّسَاءُ |
| ـنْ faildir | أُنْتُنَّ تَذْهَبْنَ |
Fail, felə müənnəslik və müzekkərlik baxımından uyğun gəlir. Fail ikili və ya cəmi olsa da, fel ona yalnız müzekkərlik və ya müənnəslikdə uyğunlaşır, müfrəd müənnəs və ya müfrəd müzekkər formada gəlir. Burada diqqət edilməli ən vacib məqam failin zahir isim olmasıdır.
لَعِبَ الطِّفْلُ
Uşaq oynadı (mz)
لَعِبَتِ الطِّفْلُ
Uşaq oynadı (ms)
لَعِبَ الطِّفْلاَنِ
İki uşaq oynadı (mz)
لَعِبَتِ الطِّفْلَتَانِ
İki uşaq oynadı (ms)
لَعِبَ الْأَطْفَالُ
Uşaqlar oynadı (mz)
لَعِبَتِ الطِّفْلاَتُ
Uşaqlar oynadı (ms)