Məhalli İrab Haqqında

Məbni, yəni bina edilmiş sözlər cümlə içində hansı mövqedə olursa olsun, ləfzən son hərəkələri dəyişmir. Bu kimi sözlər cümlə daxilində rəf, nəsb və cərr əlamətinə məruz qalmırlar. Öz hərəkələri necədirsə, o cür də davam etdirirlər. Biz də bu sözlərə irab məhəllində olmaları nəticəsində irabdan məhəllən pay alırlar deyirik və olduqları mövqeyə görə məhəllən mərfu, məhəllən nəsb və məhəllən məcrur deyirik.

جَاءَ مَنْ تَعْرِفُهُ

Tanıdığın şəxs gəldi

Yuxarıdakı misalın irabını etsək; جَاءَ keçmiş (mazi) feilidir, fəthə üzərinə məbnidir. مَنْ faildir və fail olduğu üçün rəf əlamətinə tabe olur. Rəf əlaməti nəticəsində dammə ilə hərəkələnməsi lazımdır. Lakin مَنْ lәfzı məbni bir isim olduğu üçün hərəkədən təsirlənmir. Bu halda مَنْ lәfzı üçün məhəllən mərfu deyirik. Çünki açıq şəkildə qeyd olunmamış bir failin yerinə gəlmişdir. Əgər misalda مَنْ lәfzı yerinə رَجُل “bir adam” lәfzı gəlsəydi, bu zaman bu mürəb isim fail olduğu üçün rəf əlaməti dammə ilə olacağından جَاءَ رَجُلٌ “bir adam gəldi” şəklində olacaqdı.

تَعْرِفُهُ lәfzındəki هُوَ zamiri isə məf'uldur. Məlum olduğu kimi, məf'ullar mənsubatdandır və əlaməti hərəkə üçün fəthədir. Lakin هُوَ zamiri ismə birləşəndə nəsb və rəf yerində dammə ilə, cərr yerində isə kəsrə ilə hərəkələnir. Məsələn; كِتَابُهُكِتَابَهُكِتَابِهِ kimi olur.

هُوَ Zamirinin İrabı
Rəf məhəllində كِتَابُـهُ
Nəsb məhəllində كِتَابَـهُ
Cərr məhəllində كِتَابِـهِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › Məhalli İrab Haqqında
🎓
Xoş gəldiniz! Sual soruşun!