Mürəb Kəlimələr | 2
İrab: Sözün sonunda olan hərf və hərəkənin dəyişməsinə irab deyilir. İrab cihetinə görə ləfzî, məhalli və təqdiri olmaqla 3 hissəyə bölünür.
Ləfzî İrab: Cümlənin içindəki bir sözün mövqeyinə görə sonunda olan hərf və ya hərəkənin ləfzən dəyişməsidir.
جَاءَ مُحَمَّدٌ
Məhəmməd gəldi
رَأَيْتُ مُحَمَّدًا
Məhəmmədi gördüm
مَرَرْتُ بِمُحَمَّدٍ
Məhəmmədə rast gəldim
Təqdiri İrab: Cümlənin içindəki bir sözün mövqeyinə görə sonunda olan hərf və ya hərəkənin dəyişməməsidir. Amma həmin sözün təqdiri olaraq bir irab aldığını zehni olaraq bilirik.
جَاءَ الْفَتَى
Gənc gəldi
رَأَيْتُ الْفَتَى
Gənci gördüm
مَرَرْتُ بِالْفَتَى
Gəncə rast gəldim
Məhalli İrab: Cümlənin içindəki bir sözün mövqeyinə görə sonunda olan hərf və ya hərəkənin heç bir şəkildə irabdan pay almadığı haldır. Cümlə içindəki söz birləşməsi tamamilə bir irab məhəlində olur. Məhz bu kimi sözlərin təyin olunduğu iraba məhalli irab deyilir.
هَذَا صَدِيقِي
Bu mənim dostumdur
رَأَيْتُ هَذَا صَدِيقِي
Bu dostumu gördüm
مَرَرْتُ بِهَذَا صَدِيقِي
Bu dostuma rast gəldim
Məsələdə verilən هَذَا "hâzâ" ləfzi məbni bir ləfzdır. Birinci cümlədə mübtəda, ikinci cümlədə məful, üçüncü cümlədə isə cərr məhəlindədir, amma heç bir irab təsiri yoxdur. Buna görə də bu kimi məbni sözlər məhəllən irab alırlar.
| Mövqe | Alamət | Hərəkə | Kəlimələr |
| Mərfu | Rəf Alaməti | Dammə | Fellərə və isimlərə aid |
| Mənsub | Nasb Alaməti | Fəthə | Fellərə və isimlərə aid |
| Məcrur | Cərr Alaməti | Kəsrə | Yalnız ismlərə aid |
| Məczum | Cəzm Alaməti | Sükun | Yalnız fellərə aid |